Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının üzvləri ilə Xalqların Demokrat Partiyasından (HDP) olan vəkillər arasında qarşıdurma yaşanıb.
Qarşıdurmaya səbəb hakim partiya təmsilçisi İlknur İncəözlə erməni əsilli millət vəkili Karo Paylan arasında mübahisə olub.
Karo Paylanın büdcə müzakirələri zamanı “Bu ölkədəki əxlaqsızlıqla, vergi əxlaqsızlıqları ilə davam edə bilmərik” ifadəsinə qarşılıq vermək üçün xanım vəkil kürsüyə çıxıb.
“Məclisdə əxlaq dərsi ala biləcəyimiz son nəfər də ola bilməzsiniz, bunu da xüsusi ilə qeyd etmək istəyirəm. Sonuncu şəxs belə deyilsən sən bu parlamentdə”, – İlknur İncəöz Paylana sərt reaksiya verib.
Daha sonra Paylanın xanım vəkilə “əxlaqsızlıq etmə” deməsi ilə vəziyyət daha da gərginləşib. Hər iki tərəfin millət vəkilləri bir-birinin üzərinə yeriyib. TBMM-dəki digər vəkillərin araya girməsi münaqişənin böyüməsinin qarşısını alıb. İclasa fasilə verilib.axar.az