Tarix İnstitutunun magistrantları üçün onlayn dərslər təşkil olunur

0
460

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, Tarix İnstitutunun I kurs magistrantları üçün martın 29-dan başlayaraq dərslər distant formada tədris olunur.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, elmi müəssisədə 5 magistrant distant təhsil alır.

Tarixçi alimlər Allahverdi Əlimirzəyev “Mixi yazılar” və “Tarix elminin müasir problemləri”, Ellada Bəkirova “Azərbaycan Atropatena və Albaniya dövlətləri”, Ramin Əlizadə “Tarixin tədrisi metodologiyası və metodikası”, Tofiq Nəcəfli “Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri (XV-XVII əsrlər)”, Fərəh Hüseyn “Osmanlı xətləri” və “Əski əlifba”, Hacı Həsənov və Vidadi Umudlu “Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazımbəyin tarixi görüşləri”, “XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı”, Cəbi Bəhramov “Azərbaycan tarixində neft amili (XIX-XXI əsrin əvvəlləri)” və Vaqif Abışov “XX əsrdə erməni daşnaklarının Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları” fənlərini tədris edirlər.

Distant təhsilin gedişatı barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə mütəmadi olaraq hesabatlar təqdim olunur.

Arazinfo.com