Perunun Nazca şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılan və bir müddətdir üzərində tədqiqatlar aparılan 3 barmaqlı və uzunbaşlı mumiyaların arxasındakı sirr pərdəsi açılmağa doğru gedir. Bizim eradan əvvəl yaşamış insanlar olduqlarına inanılan mumiyalarla bağlı iki həkim Xose Benitez və Edson Vivancoa maraqlı bəyanatlar verib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, mumiyaların tapıldığı mağarada sirli ağ toz olduğunu bildirən mütəxəssislər bu kəşfdən sonra ayrı-ayrılıqda araşdırma aparıblar. Bir çox səlahiyyətli və elm insanı mumyalanmış tapıntıların saxta olduğunu deyərək insanları aldatmaq üçün internetə qoyulmuş bir görüntü olduğunu bildiriblər.
Lakin İngiltərə mətbuatına fərqli zamanlarda danışan iki mütəxəsis isə görüntülərdəki mumiyaların yadplanetliyə aid ola biləcəyini söyləyiblər. Edson Vivancoa fikirlərini bildirərək bunları deyib: “Araşdırmağa başladım və aparılan tədqiqatlar nəticəsində mumiyanın bəzi nöqtələrinin fəzali olduğunu aşkar etdik…”
Uzmanlığını sümük üzərində aparan Vivancoa, insan DNT-sinin müəyyən edildiyini, ancaq qalıqların yad planetdən gəlmiş ola biləcəyini söyləyib.
Bu fikirlərdən sonra ingilis UFO-eksperti Stiv Meera və tib uzmanı Bartinez ilə Peruya gedərək tapılan mumyanı daha yaxından analiz etməyə başlayıblar. “Biz bədənin müxtəlif nöqtələrində qəribə detallara rast gəldik. Başlanğıcda adi bir orqanizmə bənzəyir amma yaxından baxanda başının daha böyük olduğunu, gözlərinin daha geniş və burunun daha kiçik, qulaqlarının isə olmadığını gördük. Sümük quruluşu daha fərqlidir. Ağ toz onları çox qəribə bir şəkildə əhatəsinə alıb. Torpağın çox özəl bir quruluşu var quruyur və toxumaların qorunmasını təmin edir. Bu zaman həşəratların uzaq dayanmasını təmin edir. Bu çox əhəmiyyətli bir tapıntıdır. İnsana tamamilə bənzəyən ancaq bir tərəfdən də tamamilə fərqli bir varlıqdan söz edirik…” ifadələri ilə diqqət çəkiblər.
Rus ekspert Konstantin Korotkov isə Perudakı tapılan mumiyaların dünyada qeyri-adi varlıqlara aid ola biləcək iddiaları qəbul etmədiyini, cəsədlərin minlərlə il əvvəl dünyada varlıqlarını davam etdirmiş olan və bir sıra təbii proseslər nəticəsində tamamilə məhv olan bir insan növünə aid olduğunu bildirib.
Kamran