Tanınmış teleaparıcı Azadə Balayeva hələ də özünə iş tapa bilməyib. Bununla bağlı Mediainfo.az saytına açıqlama verən teleaparıcı hələlik hər hansı telekanaldan iş təklifi almadığını bildirdi. Azadə Balayeva: “Hazırda evdəyəm və münasib iş təklifi alacağım təqdirdə onu dəyərləndirəcəyəm”,-dedi.
Onu da deyək ki,, Azadə Balayeva ANS, İnteraz və Space telekanallarında rəhbər vəzifələrdə çalışıb. O Azərbaycanın efir məkanında tanınmış, özünəməxsus, təkrarolunmaz imicə malik olan sevimli teleaparıcılardan biri hesab edilir.
Xatırladaq ki, bir müddət əvvəl Azadə xanımın atası rəhmətə gedib.