Talışdan qaçan erməni “prezidentin yanındakı”ına nə cavab verdi…

0
699

Aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Talış kəndindən qaçan ermənilər qondarma “DQR hökumətinin” bütün israrlarına baxmayaraq geri qayıtmaqdan imtina edir. Virtualaz.org xəbər verir ki, Talış erməniləri “hökumətin” kəndə geri qayıtmaq üçün onlara təzyiq göstərdiyini deyirlər.

Talışdan qaçanlardan biri, hərbçi arvadı Marine Saakyan azyaşlı uşağı ilə birlikdə Xankəndindəki mehmanxanada yerləşib. O, “Azadlıq” radiosunun erməni xidmətinə deyir ki, geri qayıtmaq fikrində deyil və kənddəki evini məmurlara bağışlayır.

“Bir neçə gün əvvəl prezident (qondarma “DQR prezidenti” Bako Saakyanı nəzərdə tutur) gəlmişdi. Yanında biri vardı, dedi ki, hər şeyi atıb qaçmışınız, qayıdın, Talışda yaşayın. Mən isə ona çox mədəni cavab verdim. Dedim ki, bir halda belədir, sizin yaxşı avtomobilləriniz var, bizimlə birlikdə gedin orada yaşayın, ailənizlə birlikdə. Evimizi sizə bağışlayarıq, özümüz samanlıqda yatarıq”-Saakyan deyib.

Radiostansiya bildirir ki, ermənistanlı və qarabağlı məmurların aprel döyüşləri zamanı ərazi itirmədikləri haqda bəyanatlarına baxmayaraq Dağlıq Qarabağ “hökuməti” Talış kəndinin sakinləri üçün Şuşada və digər yerlərdə sığınacaqlar yaradır. Bununla belə kənd sakinlərini əmin edirlər ki, tezliklə Talışa qaytarılacaqlar. Ancaq Talış kəndinin digər sakini Armenui Bayunts deyir ki, kəndə qayıtmayacaq “Nə məktəb var, nə mağaza, nə uşaq bağçası. İki azyaşlı uşaqla orada necə yaşayım? Məmurlar elə şəraitdə öz uşaqlarını saxlayardı?”-qadın deyir.

Virtualaz.org

BIR CAVAB BURAXIN