Tahir Gözəl: “Qurban Qurbanovu milliyə buraxa bilərik”

0
656

“AFFA tərəfdən bizə rəsmi müraciət olunmayıb. Qurban Qurbanovun getməyi variantı üzərində heç vaxt fikirləşməmişik”.

 

Apasport saytının məlumatına görə, bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bəyan edib.

 

Onun sözlərinə görə, klub Qurban Qurbanovun paralel olaraq yığmada və klubda çalışmasına razılıq verə bilər.

 

“Əgər “Qarabağ” milliyə kömək edə biləcəksə, yığma ilə iş birliyi qurmaqla nəsə müsbət addım atılacaqsa, niyə də olmasın? Biz məsələyə praktik yanaşmalıyıq. Milli komandanın adı da önəmlidir. Baxışımız müsbətdir. Amma o şərtlə ki, bu, “Qarabağ”a ziyan olmasın. Üstəlik, millinin heyətində “Qarabağ”ın futbolçuları çoxdu. Əlbəttə ki, bunu dəstəkləyirəm. Başqa cür ola da bilməz”, deyə T.Gözəl bildirib.

BIR CAVAB BURAXIN