Tərtərdə “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” mövzusunda tədbir keçirilib FOTO-VİDEO

0
1128

“Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi”-nin sədri, hüquqşünas Vüsal Əliyev Qanunla.Az-a açıqlamasında bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Təşkilatımız “Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi”nin Tərtər rayonunda “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” adlı layihəmizin icrasını həyata keçirdik. Bununla əlaqədar 44 günlük Vətən müharibəsində Tərtər Rayonunun ən çox zərər görmüş kəndlərində olduq və yekunda rayonun Hüsənli kəndində təlimimizi keçirdik.

Tədbirimizdə yaxından iştirak edən və təşkilati məsələlərdə yaxından köməklik edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədova Təşkilatım və öz adımdan xüsusi təşəkkür edirəm.

image-fb_img_1666244571257 image-fb_img_1666244576689 image-fb_img_1666244574117