Təhsil Nazirliyi müəllim günü və pul yığımı haqda

0
829

Təhsil Nazirliyi müəllimlər günündə məktəblərdə pul yığımı ilə əlaqədar xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun  bildirdiyinə görə, belə bir fakt təsdiqini tapsa, həmin müəllim və ya məktəb direktoru işdən azad olunacaq: “Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”, – deyə C. Valehov bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN