Suyun üzərində necə qalmasının sirri açıldı

0
665

 

İlluziyaçı Stiven Fraynenin İngiltərə Parlamentinin qarşısındakı Temza çayının üzərində necə dayanmasının sirri açılıb.
Uzun müddətdir onun bu şounu necə bacarması insanların diqqət mərkəzində idi. Hətta sosial şəbəkələrdə Stivenin möcüzə nəticəsində suyun üzərində qala bildiyi iddia edilirdi. Üstəlik, göstərişin sonunda polis qayıqla Stiveni suyun üzərindən götürərək sahilə qayıdır. Bütün bunlar isə qabaqcadan hazırlanmış nümayişin bir parçası imiş.
Belə ki, Stiven əvvəlcədən bir neçə dalğıcla razılaşaraq Temza çayının qaranlıq sularında özünə şəffaf, plastik keçid hazırladıb. Batmamaq üçün xüsusi libas belə geyinib. Bütün bu qabaqlayıcı tədbirlər insanları şouya inandırmaq məqsədi daşıyıb.

BIR CAVAB BURAXIN