Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri

0
1840

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri.

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə və həmin ərazilərmizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılması, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməməsinə etiraz olaraq 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayaraq bu günüdək Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların dinc etiraz nümayişləri davam edir.

Vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları ylan və böhtandan ibarətdir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması etirza nümayişlərinin əsas tələblərindən.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

İşçi qrup

Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Əldə olunmuş razılığa uyğun olaraq, dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Buna cavab olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz nümayişlərinə başlayıb.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların əsas tələbləri Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Həmçinin bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə yaradılmış işçi qrupunun fəaliyyətinə şərait yaradılmamalıdır.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Azİnformasiya Agentliyinin Baş    redaktor müavini

 

Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir

Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Belə ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə heç bir maneə yaratmırlar.

Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu görürük. Bununla yanaşı, belə bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tam olaraq ziddiyət təşkil edir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

Cinayətin qarşısı mütləq alınmalıdır

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə ərazilərimizdə faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resurslarının qanunsuz istismarı və qeyri-qanuni iqtisadi fəaliyyət barədə bütün beynəlxalq təkilatlar məlumatlandırılıb. Bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlərin cəlb olunduğu, onların sırasında “Base Metals” (“Vallex Group”), “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adlarıda var. Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyətin beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozduğuna görə Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaratsada beynəlxalq təşkilatlar tərəfindən hələ lazımı hüquqi qiymət verilməyib. Buna baxmayaraq bu çərçivədə, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı görülən hüquqi tədbirlər görülməsi istiqamətində işlər aparılmışdır.

Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıq olduğu vurğulanıb. Ermənistanın işğal zamanı Sərsəng su anbarında su axımını, demək olar ki, bağlaması, anbardan kanala suyun yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılması faktları hər irimizə məlumdur. Kəlbəcər rayonundakı Söyüdlü, Zəngilan rayonundakı Vejnəli faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarıldığı, təbii sərvətlərimizin mənimsənildiyi, ətraf ərazilərin çirklənməyə məruz qoyulduğu barədə ətraflı məlumat hazırlanıb. Sözügedən faktlar nəzərə alınaraq, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin dərhal dayandırılmasının vacibdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan Respublikasının ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və Qeyri-Hökümət Təşkilatçılarının təmsilçiləri Şuşa – Laçın yolunda aksiyanı davam etdirir. Aksiya iştirakçılar ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb. Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir, yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst keçə bilər. Yolu məhz Rusiya sülhməramlıları bağlayıblar. Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələrinin tələbləri, istəkləri aydın, tamamilə qeyri-siyasi mahiyyətlidir. Azərbaycan ictimaiyyəti bu yoldan və ümumiyyətlə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdən məhz qanunsuz yükdaşımalara, hələ də ərazidən qovulmamış Ermənistan ordusunun tör-töküntülərinə, qanunsuz silahlı dəstələrinə, onlarla əlbir şəkildə Azərbaycanın təbii sərvətlərini talayanlara, qanunsuz istismarla məşğul olanlara qarşıdır.

Azərbaycan dövləti və ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı, suveren ərazisində baş verən özbaşınalıqlara göz yummayacaq. Üzərilərinə düşən öhdəliyi pozanlar və təbii reaksiyadan şou yaradanlar məhz ifşa olunduqları üçün müxtəlif feyk məlumatlar yaymaqla məsuliyyətdən yayınacaqlarını, mövzunu dəyişdirə biləcəklərini düşünürlər. Bu cəhdlərin hamısı əbəsdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri