Sürüşmə Qobustan-Şamaxı yoluna doğru hərəkət edir

0
644

“Ölkə ərazisində bütün sürüşmə zonalarında yüksək fəallıq qalmaqdadır”.

Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, xüsusilə təhlükəli vəziyyət Böyük Qafqazın cənub-şərq hissəsində – Şamaxı, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən və Quba, habelə Lerik-Lənkəran-Yardımlı və Gəncə zonasındadır.

Onun sözlərinə görə, bu sürüşmə sahələrində yüksək fəallıq var: “Bakı-Şamaxı yolunun Qobustan-Şamaxı hissəsində (100 kilometrliyindən 120 km-dək olan hissə) bir neçə yerdə sürüşmə davam edir. Artıq 106-107-ci km-də sürüşmə fəal sürətdə yola doğru hərəkət edir. Orada texnika olsa da, sürüşmə sahələrində fəallıq qalır. Sürüşmə təhlükəsi və fəallıq ən azı 1 həftə qalacaq. Sürüşmə təhlükəsi tezliklə sabitləşməyəcək”.

BIR CAVAB BURAXIN