Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

0
538

 Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar. Arazinfo.com Lent.az-a istinadən xəbər verir ki, 2 nəfər naməlum şəxs Bakı Beynəlxalq Avtovağzalında Gəncə sakini Mahir Məmmədovun sürdüyü “Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun “Mercedes”i Ağsunun Nüydü kəndində aşkarlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN