Sürücülərin nəzərinə: DYP bu halda 0.00 manatlıq protokol göndərir

0
629

 
Baş Dövlət Yol polisi İdarəsi KİV-də yayılan “Sürücüyə yazılmış 0.00 manatlıq protokol” materialı ilə əlaqədar açıqlama verib.
Arazinfo.com  Moderator.az-a istinadən xəbər verir ki, idarənin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, həmin xəbərdə adı çəkilən Rufəddin Yunusovun son 3 ildə 6 qərarlı cəriməsi mövcuddur, lakin sürücü cərimələrlə əlaqədar olaraq bu günədək heç bir ödəniş etməyib.
Bu səbəbdən də sürücü haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilməsi üçün Quba rayon Məhkəməsinə göndərilib. Həmin maddənin tələblərinə görə, barəsində protokol yazılmış şəxs qanunvericilikdə nəzərdə tutulmuş cərimələri 3 aydan artıq müddət ərzində ödəmədiyi üçün onun sürücülük hüququ 6 aydən 1 ilə qədər məhdudlaşdırılmalıdır. Sözügedən maddədə isə heç bir cərimə məbləği nəzərdə tutulmadığı üçün SMS məlumatda 0.00 AZN göstərilib.
Kamran Əliyev onu da bildirib ki, sürücünün cərimə ödəmək məqsədi olsaydı bundan əvvəlki 6 cəriməsini ödəyərdi. “Yoxsa protokolda olan 0.00 AZN sözü ətrafında ajiotaj yaratmazdı ki, necə ödəyim?”
K.Əliyev sujetdə gedən ikinci sürücü – Rizvan Əsədullayevin iddasına da münasibət bildirib. “Sürücü avtomobilin nömrəsinin aydın görünməməsini bildirərək cərimənin özünə aid olub-olmaması barədə şübhələnir və guya Xaçmaz rayonu DYP bölməsində olduğu zaman həmin protokolun texniki yanlışlıq səbəbindən ona yazıldığı deyilib. Bildirmək istəyirik ki, qeyd edilən protokol məhz həmin sürücüyə aiddir. Bunu “asanpay.az” və ya “e-xidmet.mia.gov.az” portallarındakı elektron kabinetdə asanlıqla yoxlaya bilər. Ola bilsin ki, kağız daşıyıcıya çıxarılan zaman nömrə solğun düşsün. Amma kompyüter monitorlarında bu aydın şəkildə görünür. Əgər bu sürücünün də cəriməni ödəmək marağı olsaydı o zaman o da məsələni efir vasitəsi ilə deyil, özü rahat şəkildə araşdıra bilərdi. Ümumiyyətlə bütün hərəkət iştirakçılarına tövsiyə edirik ki, qeyd olunan portallarda öz şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçsinlər ki, yol verdikləri hər hansı bir qayda pozuntusuna görə həm SMS məlumat ala bilsinlər, həm də barələrində tərtib edilmiş protokolla, eləcə də xəta ilə bağlı fotoşəkillərlə tanış olmaq imkanları olsun”.

BIR CAVAB BURAXIN