Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında başlatdığı “Fərat qalxanı” əməliyyatında ilk itkini verib.
Virtualaz.org xəbər verir ki, az əvvəl Cerablus qəsəbəsindən cənubda Türkiyə ordusunun tankı vurulub. Nəticədə 1 hərbçi həlak olub, 2-i yaralanıb.
Türkiyə ordusunun iki tankına PYD kürd qruplaşmasının Amerika istehsalı olan tank əleyhinə TOW raketi ilə atəş açdığı bildirilir. Bu, kürd birləşmələri ilə Türkiyə ordusu arasında Suriyanın şimalında ilk birbaşa döyüşdür. Tanklardan biri yüngül zədələnib və döyüş növbəsini davam etdirib. Lakin ikinci tankın sıradan çıxdığı bildirilir.
Bundan əvvəl Türkiyə ordusu PYD və onun silahlı qanadı olan YPG-nin Suriyanın şimalındakı mövqelərinə havadan və qurudan zərbələr endirib. Türkiyə kürdlərin Fərat çayının qərb sahilindəki mövqelərindən çəkilməsini tələb edir. Lakin YPG bu tələbi rədd edib.
Son məlumatlara görə Türkiyə ordusu Suriyaya əlavə tank birləşmələri göndərib. Hazırda Suriyada Türkiyə ordusunun 50-yə qədər tankı və digər zirehli texnikası, habelə 350-dən çox hərbçisi var.
Virtualaz.org