Suriyada 100 ərəb hərbçi Türkiyə ordusuna təslim oldu

0
589

“Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin”.

“Haber7″nin verdiyi məlumata görə, bunu terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) sıralarında azlıqda olan ərəblər bildiriblər.

Məlumata görə, SDQ-nin sıralarındakı 100 ərəb Türkiyə Silahlı Qüvvələrinə təslim olub.

Onlar Suriyanın Haseke bölgəsindən Türkiyəyə sığınaraq bildiriblər: “Biz Türkiyə yox, İŞİD və Bəşşar Əsədə qarşı döyüşmək istəyirik. Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin”.

Məlumata görə, ərəblərdən ibarət “Əhrar Rakka” adlı qrup da PKK ilə ixtilaf səbəbindən SDQ-dən ayrılıb.

Xəbərdə qeyd olunub ki, SDQ-ni ABŞ yaradıb. Orada ərəb, türkmən, başqa etnik qruplar və dinlərin təmsilçilərinin olduğu iddia edilsə də, təşkilatı əsasən PKK və onun Suriyadakı qolları idarə edir.

BIR CAVAB BURAXIN