Suriya müxalifəti danışıqların barpasına razılıq verdi

0
653

Suriya müxalifətinin danışıqlar üzrə ali Komitəsi (DAK) danışıqların heç bir ilkin şərt irəli sürmədən bərpa olunmasına razılıq verib. Bu barədə Parisdə Suriya üzrə görüşün nəticələrini şərh edən Fransanın xarici işlər naziri Jan-Jak Eyro bəyan edib.
«Suriya müxalifəti heç bir ilkin şərt irəli sürülmədən, danışıqları bərpa etməyə hazırdır… danışıqlar şəffaf əsasla, BMT-nin 2254 saylı bəyannaməsi çərəivəsində bərpa olunmalıdır» – deyə, Eyro mətbuat-konfransının gedişində qeyd edib.

Onun sözlərinə görə, görüş iştirakçıları ölkədəki mövcud humanitar vəziyyəti müzakirə ediblər və gerçək siyasi keçidin şərtlərinin müəyyən olunmasının qaçılmazlığı qənaətinə gəliblər.
Danışıqlarda Suriya müxalifətinin danışıqlar üzrə ali Klmitəsinin başçısı Riyad Hicab və Hələbin yerli şurasının başçısı Brita Haqi Hasan, Almaniyanın, Qətərin, Böyük Britaniyanın və Türkiyənin xarici işlər nazirləri – Frank-Valter Ştaynmayer, Mühəmməd ben Abdel Rəhman Əl Tani, Boris Conson və Mövlud Çavuşoğlu, ABŞ-n dövlət katibi Con Kerri, Avropa diplomatiyasının başçısı Federika Mogerini və Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, İtaliyanın, İordaniyanın nümayəndələri iştirak edib.

Xatırladaq ki, Suriya müxalifətinin DAK-i Cenevrədə Suriya üzrə danışıqlar zamanı Suriya üzrə dialoqun başlanması üçün şərt qismində prezident Bəşər Əsədin istefasını və keçid hökumətinin yaradılmasını təkid edirdi. Dəməşq isə öz növbəsində, belə yanaşmanı qəbul etmədiyinə görə, danışıqlar faktiki olaraq dayanmışdı.
Suriya ordusunun Hələbdəki son uğurları Suriya müxalifətinin məsələyə yanaşmasını dəyişib. Belə ki, hazırda müxalif qüvvələr şəhər ərazisinin yalnız 7 faizinə nəzarət edir və tezliklə iflasa uğramaq təhlükəsi ilə üz-üzədir.

BIR CAVAB BURAXIN