Suriya hakimiyyəti Hələbə muxtariyyət verilməsi ilə bağlı BMT-nin təklifini rədd edib.
Suriyanın xarici işlər naziri Walid Muallem deyib ki, döyüşçülərə Hələbdən çıxarılan kimi dövlət orqanları orda öz fəaliyyətini bərpa edəcək.
Associated Press xəbər verir ki, BMT-nin xüsusi təyinatlı vasitəçisi Staffan de Mistura ilə görüşdən sonra Valid Mualla Hələbdə hərbi əməliyyatları azaldacaqlarına dair bir söz deməyib.
Muallem əlavə edib ki, Suriya Hələbdə olan 275 min sakini 6 min döyüşçünün əlində girov qoymayacaq:
“Biz bununla razılaşdıq ki, terrorçular ərazidən çıxarılmalı və şəhər əhalisinin əzablarına son qoyulmalıdır”.
Staffan de Mistura görüşün nəticələri barədə bir şey deməyib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 5 gün ardıcıl zərbələr Hələbdə bütün xəstəxanaları da dağıdıb, sakinlər tibbi yardımsız qalıblar.
Hökumət qoşunu və Rusiya hərbçilərinin noyabrın 15-dən başlayan hücumu nəticəsində 100-dən çox dinc sakinin öldürüldüyü deyilir, – Suriya hüquq müdafiəçiləri bəyan ediblər.
Noyabrın 20-də davam edən hücumlar zamanı 7 uşaq öldürülüb.
2012-ci ildən başlayaraq, Hələb iki hissəyə ayrılıb. Birinə üsyançılar, digərinə hakimiyyət qüvvələri nəzarət edirlər.