Sumqayıtda məktəbli qız qaçırıldı, amma…
Məktəbin direktoru belə bir faktın olduğunu təsdiqləyib.
Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra – çöldə baş verdiyini deyib: “Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Qaçırılan qız 11-ci sinif şagirdi Məleykə Fərəclidir”, – deyə direktor bildirib.(Xeberle.com)
***
14:12
Sumqayıt şəhəri 9 sayli məktəbin direktoru Bəhruz Səlimxanov polisə çağırılması barədə yayılan məlumatları təkzib edib.
Bəhruz Səlimxanov Publika.az-a açıqlamasında deyib ki, polisə çağırılması barədə yayılan məlumatlar doğru deyil:
“Mənim polisə çağırılmağım barədə yayılan xəbərlər doğru deyil. Gördüyünüz ki, heç yerə getməmişəm və iş başındayam. Digər tərəfdən isə məktəbimizin qız şagirdinin qaçması barədə məlumata malik deyiləm. Əgər kimsə dərsdən sonra qoşulub qaçırsa belə onun məsuliyyətini biz daşımırıq”.
***