Suriyada İŞİD terror təşkilatının hücumu nəticəsində Rusiyanın 4 helikopter və 20-ə qədər hərbi yük maşını itirdiyi məlum olub.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı peyk görüntülərini “Stratfor” yayıb.
Görüntülər 14 may və 17 may tarixlərində Suriyanın Palmira və Hums şəhərləri arasında T4 hərbi hava bazasında çəkilib.
İŞİD-in hücumundan sonra çəkilən görüntülərlə bağlı rəsmi Moskva hələ açıqlama verməyib.
Rusiyada müxalif bir sayt isə Suriyadakı qaynaqlarına istinadən raket zərbəsi endirilən yanacaqdoldurma maşınının partlaması nəticəsində hərbi havabazasının xarabaya çevrildiyini yazıb.
“Stratfor”un paylaşdığı peyk fotoşəkillərində Suriya təyyarəsinin vurulduğu da əksini tapıb.