“Rusiya hərbi vasitələrlə təsir zonasını yaratmağa çalışır”.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədəNATO baş katibi Yens Stoltenberq “Bild” nəşrinə müsahibəsində bildirib.
Y. Stoltenberq bildirib ki, NATO ilə sərhədlərdə hərbi potensialın artması müşahidə edilir: “Biz NATO ilə sərhədlərdə – Arktika, Baltik dənizi regionu, Qara dənizdən Aralıq dənizinə qədər hərbi potensialın artımını müşahidə edirik. Biz Rusiya tərəfindən öncədən elan edilməmiş, aqressiv manevrlər qeydə alırıq və buna reaksiya vermək məcburiyyətindəyik”.
Baş katibin sözlərinə görə, NATO Rusiya ilə yeni “soyuq müharibə” və qarşıdurma istəmir: “Fəaliyyətimiz müdafiə xarakteri daşıyır. NATOmünaqişənin qarşısını almağa çalışır. Şərq cinahda hərbi qüvvələrin yerləşdirilməsi Rusiyanın aqressiv fəaliyyətinə cavabdır ”.
Bununla yanaşı, Y. Stoltenberq bildirib ki, kiberhücum da alyans üzvlərinə qarşı hücum kimi qiymətləndirilə bilər.