Stalin: Kütləvi terror. Həqiqət və Miflər (2)

0
995

 

İkinci hissə (əvvəli burda)

Stalin qanlı bir “Labirint” yaratmışdı. “Klassik labirintlər”dən fərqli olaraq “Stalin labirinti”də “Çıxış” yox idi. Həmin “Labirint”də sağ qalmaq uğrunda əsl mübarizə gedirdi.

1935 ci ilin əvəllərində növbəti qurama “Kreml işi” adlandırılan prosess başlanır. Həmin prosess də, əvvəlki prosesslər kimi yüzlərcə insanı əhatə etməli idi. Əslində, “Kreml işi” MK üzvü, Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın xaç atası olmuş Avel Safronovic Yekunidze və Kamenevin yaxın qohumlarına qarşı yönəlmişdi. Həmin prosesslə bağlı həbs edilənlər dövlətə xəyanət, gizli təşkilat yaratmaqda və Stalinə qarşı süi – qəsd hazırlamaqda ittiham edilirlər. Yenukidze, istintaq zamanı verdiyi ifadədə belə yazmışdı:

” Mənim bütün cinayətim ondan ibarətdir ki, Stalin mənə deyəndə ki, Kamenev və Zinovyev üzərində məhkəmə quraraq onları güllələmək istəyir onda, mən onu fikrindən daşındırmağa çalışdım. ” Soso – mən ona dedim – söz yox ki, onlar sənə çox pislik ediblər amma, buna görə onlarda kifayət qəfər əziyyət çəkiblər. Sən onları həbsdə saxlayırsan, onların uşaqları yeməyə belə çörək tapmırlar. Soso onlarda sənin və mənim kimi köhnə bolşeviklərdi. Sən köhnə bolşeviklərin qanını axıtmazsan. Bir fikirləş bütün dünya bizim haqqımızda nə deyər!.” O, mənim üzümə elə baxdı ki, sanki atasını öldürmüşəm və mənə belə dedi: ” Yadında saxla Avel, kim mənimlə deyilsə – mənə qarşıdı.”

Həmin işlə əlaqədar olaraq, Kamenevin qardaşı Nikolay və onun həyat yoldaşı Nina Rozenfeldlərdə həbs edilir. Bütövlükdə isə, 110 nəfər həbs edilir. Həbs edilənlər arasında Kreml mühafizəsinin əməkdaşları, topoqrafiya işciləri, hərbiçilər, Hərbi Məhkəmə Kollegiyasının üzvləri və hətda kitabxanaçılar, süpürgəçilər və ev qulluqçularıda var idi.

Bütün bu həbslərə, güllələnmələrə baxmayaraq Stalin hələdə narazıdı. Çünki, ona daha çox həbslər və daha çox qan lazımdı.

1936 cı il sentyabrın 25 də Andrey Jdanovla birgə Soçidə istirahət edən Stalin MK ya teleqramm göndərir. Həmin teleqrammda o, Yaqodanın öz işinin öhdəsindən gəlmədiyi üçün onun Nikolay Yejovla əvəz edilməsini təklif edir. Teleqrammda eyni zamanda, Yaqoda başda olmaqla NKVD nin trotski – zinovyev bloku üzvlərinin ifşa edilməsində 4 il gecikdikləri bildirilir.

Təbii ki, belə bir sual yaranır. Nəyə görə Stalin Yaqodanı “xalq düşmənləri”ni ifşa etməkdə məhz dörd il gecikdiyini bildirir ?.

Kriminalistikada belə bir qanun var ki, cinayətgar cinayət yerində mütləq hər hansı bir iz qoymalıdı. Vaxtilə cinayət aləmində ad qazanmış Stalində təbii ki, bu qanunu çox gözəl bildiiyindən nə qədər çalışsada  törətdiyi cinayət əməllərində istər – istəməz çox sayda izlər qoyub. Yuxarıda qeyd edilən teleqrammda həmin cinayət izlərindən biridi. 1936 cı ildən dörd il əvvəlki il 1932 ci ilə təsadüf edir. Məhz, həmin il 1932 – 33 illər Stalinin zorakı kollektivləşdirmə siyasəti nəticəsində kütləvi aclığın yaranması, milyonlarla insanların acından ölməsi, güllələndiyi və sürgün edildiyi dövrdü. Stalin tərəfindən törədilmiş həmin dövləti və bəşəri cinayətin izini itirmək və yanlış istiqamətə yönəltmək üçün teleqrammda məhz, Yaqodanın dörd il gecikdiyini bildirir. Yəni, Stalin demək istəyir ki, həmin cinayəti trotskiçilər və zinovyevçilər törədib. Həmin teleqramm eyni zamanda, Stalin tərəfindən yeni kütləvi repressiyaların və qırğınların ilkin “Anonsu” idi.  Ancaq, bu “Böyük terror “dan əvvəl kiçik bir məsələnidə həll etmək lazımdı. Bu da, əl – ayağa dolaşan proletariata əsl yerini göstərməkdən ibarətdi.

Doğurdanmı bu əli qabarlı, üst – başı çirkli proletariat belə hesab edir ki, dövlətin idarə olunmasında iştirak edir ?. Əsl sahibin kim olduğunu sadəcə olaraq onlara göstərmək lazımdı. Bunun üçün, 1936 cı ildə ölkənin yeni konstitusiyası qəbul edilir. Əvvəlki konstitusiyadan fərqli olaraq, yeni konstitusiyada Ali Sovetə seçkilər ərazi vahidləri üzrə müəyyənləşdirilir. 1924 cü il konstitusiyasına görə isə, Sovetlərə seçkilər birbaşa zavodlarda və fabriklərdə keçirilirdi. Bu isə, Stalinə istədiyi şəxsləri Sovetlərə seçdirməkdə mane olurdu. Həmdə axı zavod və fabriklərdə əslində təşkilatlanmış bir orqandı. Xüsusilə də, seçkilər zamanı fəhlələr arasında istər – istəməz siyasi müzakirələr aparılır. Bu isə, çox təhlükəlidi. Yeni konstitusiyaya görə isə, seçicilər nəinki namizədi, heç bir – birlərini yaxşı tanımırlar. Yerli partiya katibi isə, yuxarıdan göndərilən namizədi asanlıqla Ali Sovetə ” seçdirir”.

1936 cı ilin dekabrında Qərbi Sibir əyalət kommitəsinin birinçi katibi R.İ.Eyxe “anti sovet təşkilat” üzvlərinin Sibirə sürgün edilməsi əleyhine çıxış edir və üzünü Stalinə tutaraq belə deyir:  ” Onları güllələmək lazımdı. Yoldaş Stalin biz çox yumşaq davranırıq hemin şəxslərə qarşı “. Doğurdanda bu, partiya üzvlərinin kütləvi şəkildə güllələnməsini tələb edən ilk çıxış idi. Bəzi tarixçilərin iddia etdiyi kimi, “Böyük terrorun” məhz Eyxe tərəfindən Stalinə təklif edilməsi barədə fikirlərin isə, heç bir ciddi əsası yoxdu. Sonralar, 1937 ci il plenumunda çıxış etmək üçün R.İ.Eyxe tribunaya qalxarkən Stalin onu belə bir replika ilə qarşılayır : ” Sən bütün xalq düşmənləini güllələdin?. Yoxsa hələ kimlərsə qalıb ? “.

Stalin şəxsi göstrişi ilə həbs etdirdiyi şəxslərin “Cinayət işləri”nə ciddi nəzarət edir və müvafiq göstərişlər verirdi.

1936 cı ildə, vaxtilə SSRİ Xalq Maliyyə komissarı olmuş, SSRİ meşə sənayesi komissarının birinci müavini Q.Y.Sokolnikov Britaniyanın SSRİ dəki jurnalisti vassitəsilə kəşfiyyat əlaqəsində ittiham edilərək həbs edilmişdi. O, Britaniya xeyrinə casusluqda və partiya rəhbərlərinə qarşı süi – qəsd planı hazırlamaqda ittiham olunurdu. Lakin, istintaq zamanı onun bu əlaqələri sübut olunmamışdı. Stalin, Sokolnikovun 4 okrtyabr 1936 cı il tarixli dindirilmə protokolunu oxuduqdan sonra, protokolun üzərinə aşağıdakı sözləri yazmışdı: ” Axır ki, partiya rəhbərlərinin öldürülməsi planı haqqında məlumat verib ?. Əlbətdəki verib.” Göründüyü kimi, Stalin istintaqa qəti göstəriş verir. Artıq, SSRİ də müstəntiq, prokuror və hakim Stalin şəxsən özüdü.

Sokolnikovla yanaşı Q.L. Pyatakov, Karl Radek, L. P . Serebryakov və digər on üç nəfər tanınmış partiya və təsərrüfat işçiləri həbs edilmişdi. Tarixə “İkinci Moskva prosessi” adı ilə daxil olmuş məhkəmədə həmin şəxslər “Paralel antisovet trotskiçi mərkəz” yaratmaqda, partiya rəhbərlərinə və şəxsən Stalinə qarşı süi – qəsd hazırlamaqda və xarici kəşfiyyatın xeyrinə casusluqda ittiham edilirlər. Məhkəmənin hökmü ilə 13 nəfər güllələnmə, 4 nəfərə isə 10 il azadlıqdan məhrum etmə ilə cəzalanır. Maraqlıdır ki, 10 il həbs cəzası almış şəxslərdən biri K.Radek digəri isə, Sokolnikov olmuşdur. Həqiqətənmi Stalin dünənki siyasi rəqiblərinə qarşı kin saxlamır ?. Təbii ki, bu cür düşünmək ən azı sadəlövhlük olardı.

Radek və Sokolnikov Stalinə növbəti planları üçün lazım idi. Belə ki, Radek və Sokolnikovdan Buxarin və Rıkova qarşı izahat alınır. Təbii ki, Buxarinə və Rıkova qarşı ifadələr verməklə həyatlarını xilas etdiklərini düşünən Radek və Sokolnikov yanılırdılar.

1939 cu il mayın 19 da K.Radek saxlandığı Verxneuralsk həbsxanasında başından küt alətlə vurularaq və boğularaq öldürülür. Həmin dövr rəsmi məlumatına görə Radek digər məhbus, trotskiçi Varejnikov tərəfindən qətlə yetirilib. Lakin, sonralar aparılmış istintaq nəticəsində məlum olur ki, həmin həbsxanada ümumiyyətlə Varejnikov adlı məhbus olmayıb. Varejnikov kimi təqdim edilən şəxs isə əslində, Çeçen – İnquş Muxtar Respublikası NKVD nin keçmiş komendantı Stepanov olub. Həmin qətldən 5 ay sonra isə, Stepanov azadlığa buraxılıb. O da məlumdur ki, bu qətldən iki gün əvvəl NKVD nin siyasi şöbəsinin əməkdaşı P. N. Kubatkin adlı şəxs Lavrenti Beriyanın tapşırığı ilə həmin həbsxanaya gəlmişdi. Məhz, bu əməliyyatdan sonra Kubatkin NKVD nin Moskva vilayəti üzrə rəisi təyin edilir.

Radeklə bərabər eyni həbsxanada saxlanılan Sokolnikov isə, iki gün sonra mayın 21 də qətlə yetirilir.

Beləliklə, 1937 ci il fevralında MK plenumunda Buxarinlə Rıkov partiyadan xaric edilir və fevralın 28 də həbs edilirlər. 1938 ci il martın 2 də tarixə “Üçüncü Moskva prosessi” adı ilə daxil olmuş məhkəmə prosessi başlanır. Məhkəmə prosessində 21 nəfər vətənə xəyanət, casusluq, diversiya, terror, provokasiya və ölkənin müdafiə qabiliyyətinə ziyan vurmaqda ittiham edilir. Həbs olunanlar arasında eyni zamanda Q. Yaqoda, tanınmış həkimlər L. Levin, İ. Kazakov və.d var idi.

Həmin dövrdə geniş yayılmış söz – söhbətə görə Stalin Yaqodanı ona görə həbs etdirib ki, eşq macərasında əsas rəqibini zərərsizləşdirsin. Belə ki, məşhur sovet yazıçısı Maksim Qorkinin dul gəlini Nadejda Peşkovaya həm Stalin həm də, Yaqoda iddia edirdilər.

Çox maraqlıdır ki, Yaqodaya qarşı irəli sürülən ittihamlardan biridə ondan ibarət olub ki, Yaqoda vaxtilə NKVD yə rəhbərlik etdiyi dövrlərdə repressiyaların və güllələnmələrin əleyhinə olub və bununla da, xalq düşmənlərinə himayədarlıq edib. Məhkəmə prosessi zamanı SSRİ prokuroru Andrey Vışinski Yaqodaya belə deyir:

” Vışinski – Sən etdiyin cinayətlərə görə heç peşmanlıq hissi keçirirsən?

Yaqoda – Bəli. Mən çox peşmanam.

Vışinski – Yaqoda peşmandı. Cinayətgar, şpion Yaqoda siz nəyə peşmansız ?

Yaqoda – Mən ona peşmanam ki, vaxtilə əlimdə böyük imkan olduğu zaman hamınızı     güllələmədim.”

Martın 13 də məhkəmənin hökmü ilə 18 nəfər güllələnməyə məhkum edilir. Martın 15 də isə Buxarin, Rıkov, Yaqoda və digər 15 nəfər güllələnir.

Ölüm hökmünə məhkum edilmişlərin ailələridə güllələnir ya da həbs düşərgələrinə göndərilirdi. Belə ki, Rıkovun həyat yoldaşı Nina Marşak və Yaqodanın həyat yoldaşı İda Averbax həbs edilərək güllələnmişlər. Buxarinin həyat yoldaşı Anna Larina uzun müddət həbs düşərgələrində saxlanılmışdı. Ailələrin kiçik yaşlı uşaqları isə, uşaq evlərinə göndərilirdi. Həmin insanlarınsa yeganə günahı onda idi ki, onların ərləri və ataları sadəcə olaraq nə vaxtsa Stalinlə hansısa məsələdə razı olmayaraq ona etiraz etmişlər.

Həmin dövrdə Stalinin şəxsi göstərişi ilə təşkil edilmiş məhkəmə prosesslərində dövlət ittihamçısı kimi SSRİ prokuroru A. Vışinski çıxış edirdi.

Marqlıdır ki, hələ uşaq yaşlarından ailəsi ilə Bakıda yaşayan, sonralar SSRİ Prokuroru olmuş Andrey Vışinski vaxtilə 1917 ci il fevral inqilabından sonra, Müvəqqəti hökumət zamanı Moskva şəhəri Yakimansk milisinin komissarı olmuşdu. Məhz, 1917 ci ilin iyulunda ” Vətən xaini, almaniya casusu Leninin həbs edilməsinə dair” orderi Vışinski imzalamışdı. 1935 – 39 cu ilərdə isə, Vışinski Stalinin göstərişi ilə Leninin ən yaxın silahdaşlarını partiyaya və vətənə xəyanətdə ittiham edirdi.

Beləliklə, Stalin Lenin nomenklaturasını tam məhf edərək özünün şəxsi diktaturasını və nomenklaturasının hakimiyyətini yaradır.

1937 ci ilin fevralında MK plenumunda çıxış edən Müdafiə komissraı Voroşilov bildirir ki, ” Bu vaxta kimi orduda az sayda düşmənlər aşkar edilib. Ümid edirəm ki, orduda onların sayı çox deyil.” Bu zaman Molotov onun sözünü kəsərək belə deyir: “Biz hələ ordunu yoxlayacağıq.” Martın 29 da isə, Politbüro 47 / 102 saylı qərar qəbul edir. Həmin qərara əsasən, Müdafiə Komissarlığına siyasi motivlərlə partiyadan xaric edilmiş şəxslərin ordu sıralarından qovulması tövsiyə edilir.

Həmin dövrdə ordudan bütövlükdə 40 min zabit qovulur. Onlardan, 7 min nəfəri həbs edilir və 1700 yüksək rütbəli zabit güllələnir. Bununla yanaşı, orududa xüsusilə də, sərhəd regionlarında xidmət edən əsgər və zabitlər arasında xaricə qaçmaq halları geniş yayılmışdı. Əsasən də Polşa, Litva, Çin kimi ölkələr üstünlük təşkil edirdi. Hərbi təyyarəçilər isə əsasən, idarə etdikləri təyyarə ilə ölkədən qaçaraq xarici ölkələrdə sığınacaq əldə edirdilər.

30 cu illərin sonlarında sovet ordusunda 5 marşaldan üçü güllələnir. Bu isə təbii ki, Qırmızı orduda hərbi quruculuq işinə və ölkənin müdafiə qabiliyyətinin zəifləməsinə öz ciddi təsirini göstərir. Məs: 1940 cı ilin martında həbsdən azad edilən K. Rokossovskidən təcrübəli hərbçilərin orduya cəlb edilməsi üçün siyahı verməsi tapşırılır. Lakin, Rokossovskinin təqdim etdiyi siyahıdan heç bir hərbçi tapılmır. Çünki, həmin hərbçilərin hamısı 1937 – 38 ci illərdə güllələnmişdi.

Sovet hərbçiləri üzərində qurulmuş məhkəmə prosesslərindən tarixdə ən çox diqqəti cəlb edən marşal Mixail Tuxacevski üzərində qurulmuş məhkəmə prosessi hesab olunur.

Həmin prosesslə əlaqədar olaraq üç fərziyyə mövcutdur: 1. Tuxacevski alman kəşfiyyatı ilə əməkdaşlıq etmiş; 2. Ölkədə hərbi dövlət çevrilişi planlaşdırmış; 3. Sadəcə olaraq, Müdafiə Komissarlığında olan daxili qruplaşmanın qurbanı olmuşdu.

Məşhur sovet kəşfiyyatçısı L. Trepper xatirələrində yazır ki, almaniya kəşfiyyatı Tuxacevski haqqında saxta sənədlər hazırlayaraq, Çexoslovakiya vassitəsilə sovet kəşfiyyat orqanlarına ötürmüşlər. Məhz, bu saxta sənədlər onun həbs edilməsi üçün əsas olmuşdu.

Tuxacevski 1937 ci il mayın 22 də həbs edilir. Onunla bərabər həbs edilmiş digər 7 nəfər yüksək həbçi xarici ölkə kəşfiyyatının xeyrinə casusluq etmekdə, partiya rəhbərlərinə qarşı süi – qəsd planlaşdırmaqda və dövlət çevrilişi hazırlamaqda ittiham olunurlar. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər iyunun 12 də güllələnirlər.

Yalnız Tuxacevski deyil, ailəsi və qohumlarıda həbs edilərək güllələnir. Belə ki, Tuxacevskinin həyat yoldaşı Nina, qardaşları Nikolay və Aleksandr, bacılarının ərləri güllələnir, anası Mavra Petrovna həbsxanada vəfat edir, qızı Svetlana, bacıları və qardaşlarının həyat yoldaşları isə, həbs edilərək sürgünə göndərilir. Sonralar, arxivlərdən Tuxacevskinin imzaladığı protkolda qan izlərinin olması belə deməyə əsas verir ki, həmin etiraf protokolları da, digər işlərdə olduğu kimi işgəncə verilərək imzalatdırılıb.

Bütün bu total repressiyalara baxmayaraq, xalq arasında həmin repressiyalarla bağlı lətifələrdə yaranmışdı. Həmin dövrdə çox geniş yayılmış lətifələrdən biri belə idi. “Bəs nəyə görə marşal Budyonnını həbs etmirler?. Ona görə ki, Stalin NKVD işçilərini onu həbs etməyə göndərəndə Budyonnı evinin eyvanından NKVD  işçilərini pulomyot atəşinə tutmuş və NKVD işçiləri qaçmışlar. ”

Artıq güllələnmələr, həbslər və sürgünlər o dərəcədə total xarakter alır ki, Stalin və ətrafı fərdi şəkildə bu iş üçün vaxt çatdıra bilmirlər. Həmin işi asanlaşdırmaq üçün belə qərara alınır ki, güllələnəcək və həbs ediləcək şəxslərin adları ayrıca siyahı formasında hazırlanıb təqdim edilsin. İlk belə siyahı, 1937 ci ilin fevralında  Politbüroya təqdim edilir. Stalin başda olmaqla, digər Politbüro üzvlərinin imzaladıqları siyahıya əsasən 497 nəfər güllələnir. Bu “Qanlı əyləncə” Stalini o dərəcədə cəlb edir ki, bütün respublikalarda “xalq düşmənləri” nin aşkar edilərək güllələnməsi üçün “öhdəlik planları” tərtib edilir. Bu cür “öhdlik planları”dan başqa, “əlavə öhdəlik” planlarıda müəyyənləşdirilir. Məs: 1937 ci ilin dekabrında Stalin, Molotov, Kaqanovic, Voroşilov və Mikoyanın imzası ilə 1938 ci ilin birinci rübbü üçün əlavə olaraq repressiya limitlərinin artırılması haqqında qərar qəbul edilir. Həmin plana əsasən, ölkə üzrə əlavə olaraq 48.000 “xalq düşməni”nin aşkar edilərək güllələnməsi nəzərdə tutulur. Belə ki Ukrayina üzrə 6.000, Moskva vilayəti 4.000, Leninqrad vilayəti 3.000, Azərbaycan 2.000, Gürcüstan 1.500, Ermənistan 1.000 və.s əlavə olaraq şəxsin güllələnməsi nəzərdə tutulur. Qərara əsasən, plan 1938 ci il martın 15 dən gec olmayaraq yerinə yetirilməli idi. Təbii ki, yuxarıdan gələn tapşırığı yerinə yetirmək üçün yerlərdə əlavə olaraq ” xalq düşmənləri ” aşkar etmək üçün repressiyanın əhatə dairəsini genişləndirmək lazım olurdu. Məhz, bunun nəticəsi idi ki, repressiya adi insanlardan başlamış sənət adamları, şair, yazıçı, alimlərədək bütün təbəqələri əhatə etmişdi. 1937 – 38 ci illərdə şəxsən Stalin 357, Molotov 372, Kaqanovic 188, Voroşilov 185, Jdanov 176, Mikoyan 8 bu cür güllələnmə siyahılarına imza etmişlər. Həmin işdə daha çox V. Molotov aktivliyi ilə seçilirdi. Belə ki, NKVD dəfələrlə 10 – 15 il həbs cəzasına məhkum edilmiş şəxslərin siyahılarını təsdiqləmək üçün Molotova göndərirdi. Lakin, siyahılara etiraz edən Molotov onların güllələnmə ilə əvəz edilməsinə nail olmuşdu.

Partiyanın tapşırığını yerinə yetirməyən şəxsləri isə, ağır cəza gözləyirdi. 1937 ci ildə NKVD nin Kalininqrad vilayəti üzrə rəisi Dambrovski əyalətdə “xalq düşmənləri”nin müəyyənləşdirilərək həbs edilməsi və buna müvafiq olaraq “öhdəlik planı” alır. Dambrovski bunun ciddi olmadığını və tezliklə bu tədbirlərin axmaq bir iş olduğunu başa düşüb ləğv ediləcəyini bildirir. Lakin, tezliklə NKVD yə Kalininqrad vilayəti rəis müavini tərəfindən donos daxil olur. Həmin donosda bildirilirdi ki, Dambrovski bütün iş gününü kabinetində qəzet oxumaq, çay və koffe içməklə keçirir. O, “xalq düşmənləri”nin aşkar edilməsi üçün heç bir iş görmür. Tezliklə, Dambrovski həbs edilərək güllələnir.

Yalnız, “Böyük terror” 1937 – 38 ci illərdə 700 min insan güllələnməyə məhkum edilmişdi. Bütövükdə isə, Stalin repressiyalarının qurbanlarının sayı orta hesabla 25 milyon hesab edilir. Təbii ki, bu rəqəm repressiya qurbanlarının sayını tam əhatə etmir. Yeni arxiv sənədləri ortaya çıxdıqca bu rəqəmin sayı artmaqda davam edir.

Bəzi tarixçilər 1937 – 38 ci illəri “Yejovşina dövrü” adlandırsalarda əslində, söhbət ” Stalinivşina dövrü”dən gedə bilər. Yaqoda və Yejov sadəcə olaraq, Stalinin əmrlərini yerinə yetirən icraçılar olublar. Bunun üçün, Stalinin qəbul otağının qeydiyyat jurnalına baxmaq kifayətdi. Belə ki, 1937 – 38 ci illərdə Yejov 290 dəfə Stalinin qəbulunda olmuş və bütövlükdə 850 saat kabinetdə Stalinlə söhbət edib. Bu, Stalinin iş cədvəli üçün rekord göstərici hesab olunur. Təsadüfi deyil ki, Yejov Stalin qarşısında göstərdiyi xidmətlər görə 1937 ci il iyulunda ən yüksək mükafatla, Lenin ordeni ilə təltif olunur. Lakin, Stalinə onun cinayətgar əmr və göstərişini yerinə yetirən şahidlər lazım deyildi.

1938 ci il noyabrında Yejov tutduğu vəzifədən azad edilir və 4 aydan sonra həbs edilir. 1939 cu il aprelin 10 da həbs edilən Yejov dövlət rəhbərlərinə qarşı süi – qəsd planı hazırlaaqda və homoseksual əlaqələrdə ittiham edilərək 1940 cı ilin fevralında güllələnir.

Stalinin vəfatından sonra, partiyanın 1956 cı il XX – ci qurultayında Stalinin törətdiyi cinayət və kütləvi qırğınlar rəsmi şəkildə etiraf edildi. Qurultayın son günü fevralın 25 də MK nın Birinci katibi N. Xruşşov ” Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” adlı qapalı məruzə ilə çıxış etdi. Həmin məruzə tezliklə beynəlxalq mətbuata yol tapdı və bəşəriyyət dövrün ən böyük imperiyası olan SSRİ də Stalin tərəfindən təşkil edilmiş kütləvi terror və qırğınlar haqqında ilkin məlumat əldə etdilər.

Son zamanlar Rusiyada yenidən Stalinizmin rəsmi təbliğatı müşahidə olunur. Stalinizmə hər vassitə ilə haqq qazandırmağa çalışan rəsmi Moskvanın əsas məqsədi təbii ki, onun imperiya ambisiyalarının ideoloji əsaslarını yaratmaq cəhdləridi. Lakin, bu cür ideoloji seçim çox uğursuz seçimdi. Bir çox keçmiş sovet republikalarında həmin ideoloji təbliğatın təsirinə düşən bir sıra şəxslər isə, istər istəməz öz ölkələrində “Beşinci kollon” funksiyasını yerinə yetirirlər. Bütün bu cəhdlərə baxmayaraq tam əminliklə demək olar ki, Stalinizm artıq bəşəriyyət üçün tarixin qapanmış qara səhifələrindən biridi.

Surxan Lətifov

BIR CAVAB BURAXIN