Stalinə od qoyan sovet generalı – Vlasov niyə SSRİ-yə xas olmayan üsulla edam edildi

0
740

1 avqust 1946-cı il…  General Vlasov başda olmaqla müharibə zamanı əsir düşərək almanlar tərəfdə SSRİ-yə qarşı vuruşmuş 12 hərbçi (5 general, 5 polkovnik, 2 podpolkovnik) məhkəmənin hökmü ilə asılaraq, edam edilir.

Uzun müddət sovet tarixşünaslığında Vlasov haqqında yalnız mənfi fikirlərə rast gəlmək mümkün idi, onun həyatının müsbət məqamları xatırlanmırdı. Məsələn, deyilmirdi ki, almanların Moskva üzərinə hücumunun dəf edilməsində Vlasovun xüsusi xidmətləri olub və Stalin özü onu “Moskvanın xilaskarı” adlandırıb. Leninqrad ətrafında rəhbərlik etdiyi 2-ci ordu mühasirədən çıxa bilməyəndə (Vlasov artıq ordu mühasirədə ikən ona komandir təyin edilmişdi) sovet rəhbərliyi generalı xilas etmək üçün təyyarə göndərir. Lakin Vlasov əsgərlərini tərk etməkdən imtina edir. Sonra əsir düşür, almanlarla əməkdaşlığa razılıq verir, SSRİ-yə qarşı “Rusiya Azadlıq Ordusu”na rəhbərlik edir. Maraqlıdır ki, müharibənin sonlarında Vlasovun yenə də özünü xilas etmək şansı olur. İspaniya diktatoru Franko ona sığınacaq vəd edir və təyyarə göndərir. Lakin Vlasov yenə də əsgərlərini tərk etməkdən imtina edir. Bu faktlar göstərir ki, Vlasovun düşmən tərəfinə keçməsini qorxaqlığı ilə əlaqələndirmək səthi yanaşmadır.

Andrey Vlasov kim idi?

Modern.az-ın məlumatına görə, A.Vlasov 14 sentyabr 1901-ci ildə Rusiyanın Nijni Novgorod vilayətinin Lomakino kəndində anadan olmuşdu. O, sovet hərbi məktəblərində təhsil alaraq gereral rütbəsinədək yüksəlmişdi. Böyük Vətən Müharibəsinin gedişində – 20 aprel 1942-ci il tarixində Stalin onu 2-ci Zərbə Ordusunun komandanı təyin etmişdi.

Hərbi əməliyyatların birində Vlasov almanlar tərəfindən əsir götürülüb. Bundan sonra almanlarla işbirliyinə razılaşan gereral asir düşən sovet əsgərlərindən ibarət “Rusiya Azadlıq Ordusu” quraraq SSRİ-yə qarşı vuruşmağa başlayıb. Onun ordusunda 1 milyona yaxın əsgər vardı. O, SSRİ-yə qarşı təkcə hərbi mübarizə aparmırdı, həm də antitəbliğatla məşul idi, sovet adamlarını sovet imperiyasına qarşı yönləndirməyə çalışırdı. Vlasovun ordusu müharibənin gedişində SSRİ-yə az zərbə vurmadı…

Ali baş komandan Stalin onun əlindən necə deyərlər zəncir çeynəyirdi və almanlara satqınlıq edən Vlasovun hökmən tutularaq edam edilməsi əmrini vermişdi.


Almanların müharibədə məğlub olması Vlasovu çətin vəziyyətə saldı.

1945-ci il mayın 8-də Almaniya Berlin yaxınlığında Karlsxorstda danışıqsız təslimolma aktını imzaladı. Mayın 9-da sovet ordusu Praqaya daxil oldu. Əslində, Praqa artıq mayın 6-da azad olunmuşdu. Belə ki, çexlər mayın 5-də üsyan qaldırmışdılar. Almanlar üsyanı yatırmaq üçün Praqaya əlavə SS hissələri yeritmişdilər. Çexlər radio ilə gah amerikalılara, gah da sovet qoşunlarına müraciət edirdilər. Bu zaman general Vlasov “Rusiya Azadlıq Ordusu”nu Şərq cəbhəsindən özbaşına çıxararaq Qərbə doğru irəliləyirdi ki, ABŞ qoşunlarına təslim olsun.

Mayın 6-da Praqa yaxınlığında olan general Vlasov öz vəziyyətini yüngülləşdirmək niyyəti ilə hücuma keçərək, Praqanı tutdu. Çexlər Vlasovun portretlərini qaldıraraq, diviziyanın döyüşçülərini gül-çiçəyə qərq etdilər. Az sonra çexlər Vlasovun kimliyini öyrənib onun portretlərini küçələrdən yığışdırdılar. Praqada Stalinin, marşal Jukovun, marşal Konevin portretlərini qaldırıldı.

Mayın 8-də Vlasov diviziyanı Praqadan çıxarıb amerikalılara təslim olmaq üçün Qərbə doğru irəlilədi.

Lakin  onun istəyi baş tutmadı və sovet ordusu tərəfindən əsir götürüldü.

Vlasov məhkəmədə bütün günahı öz üstünə almağa çalışıb ki, başqalarını edam etməsinlər. Onun almanlarla əməkdaşlığına gəlincə bildirlir ki, Stalinin Rusiyadakı qəddarlığı Vlasovu buna məcbur etmişdi.  Almaniyaya işləməyə razılıq verən Vlasov bolşevik sisteminin çökməsin istəyib. O görürdü ki, bolşevik diktaturası faşistlərdən də pisdir.

1 avqust 1946-cı ildə Vətənə xəyanətdə ittiham edilən “Rusiya Azadlıq Ordusu”nun komandanı general Vlasov edam edildi. Maraqlıdır ki, hökm o zaman sovet rejiminə xas olmayan yolla – asılmaqla icra edildi.

1946-­cı ilin 2 av­qus­tun­da “P­rav­da” qə­z­e­tin­­də general Vlasovun eda­mı haq­qın­­da mə­l­u­mat dərc edil­­di.
General Andrey Vlasov SSRİ-nin Almaniyaya qarşı apardığı Böyük Vətən Müharibəsi illərinin ən böyük sovet satqını hesab olunur.


Sağdan 1-ci Andrey Vlasovdur…

BIR CAVAB BURAXIN