SSRİ-ni satan erməniəsilli kəşfiyyatçı çekistlər tərəfindən necə məhv edildi?

0
1490

O bir vaxtlar SSRİ adlı bir dövlətə sığınaraq Orta Asiyada basmaçılara qarşı mübarizə pərdəsi altında on minlərlə günahsız türkün qanının axıdılmasında xüsusi qəddarlıqla iştirak etmişdi. Əsl türk düşməni, qaniçən cəllad idi və vəhşilərə xas olan bir xarakterə malik olduğunu addımbaşı nümayiş etdirirdi. Amma bu vəhşinin, türk düşməninin sonu da cəllad kimi amansızlıqla öldürdüyü, süngülərə keçirdiyi insanların, məsum körpələrin taleyi kimi oldu və sonda quduz itlər kimi öldürüldü. Söhbət bolşeviklərə “sədaqətini” nümayiş etdirirək onların etimadını qazanan və kəşfiyyatçı kimi fəaliyyət göstərərək sonda vətəninin satan Georgi Ağabəyovdan (Arutyunov) gedir. Sovet kəşfiyyatçısı Georgi Ağabəyov SSRİ-də xüsusi xidmət orqanlarının tarixində ilk satqın casus idi. Xarici ölkədə olduğu 7 il ərzində satqın çekist xaricə qaçaraq SSRİ xüsusi xidmət orqanlarının fəaliyyətindən bəhs edən bir neçə kitab yazıb, 1937-ci ildə isə buna görə NKVD əməkdaşları tərəfindən cəzalandırılıb. Georgi Sergeyeviç Agabekov (Arutyunovun əsl adı) 1895-ci ildə Aşqabadda yaşayan erməni ailəsində anadan olub. Birinci Dünya müharibəsində o, gimnaziyanı bitirdikdən dərhal sonra cəbhəyə getdi. Xidmət göstərdiyi iki il ərzində gənc özünü yaxşı tərəfdən tanıtmağa müvəffəq olub Aşaqabadda anadan olduğu və orada yaşadığı üçün türk dilini mükəmməl öyrənmişdi və buna görə hərbu tərcüməçi vəzifəsini almışdır.

Gənc və istedadlı tərcüməçi Ağabəyovun karyerasında dönüş mərhələsi Fevral inqilabından sonra başladı. 1920 -ci ildə isə o, Qırmızı Ordu sıralarına daxil olub.

Bir neçə dil bilən ağıllı və cəsarətli lider kimi Fövqəladə komissiya rəhbərlərinin gözündə özü haqqında müsbət fikir formalaşdırmağa nail olan Ağabəyovu Yekaterinburqdakı ÇK-da işə qəbul edirlər. Rəhbərliyin etimadını doğrultmaq üçün dəridən- qabıqdan çıxan bu fitnəkar erməni ona tapşırılan işlərin öhdəsindən xüsusi qəddarlıqla gəlir və “of” belə demədən xalq düşməni adı altında insanları ölümə göndərirdi. Ona görə də Ağabəyovun xidmətlərini nəzərə aldılar və ona Türküstanda-indiki Orta Asiyada Banditizmlə mübarizə kampaniyasına rəhbərlik etməyi tapşırdılar. O bu vəzifədə basmaçılara və inqilab düşmənlərinə qarşı mübarizə adı altında günahsız müsəlman türkləri şəxsən öz əli ilə xüsusi qəddarlıqla öldürür, qadınların, qızların qarınlarını süngü ilə deşərək onları qeyri-insani üsullarla ıldürürdü. Bəzi məlumatlara görə bu qançən cəllad şəxsən 10 mindən çox Türküstan türkünü öldürmüşdü

1924 – cü ildə Ağabəyov OGPU laboratoriyasında xüsusi hazırlıq keçir, orada zərflərin açılmasını, gizli yazıdan istifadə etməyi və kəşfiyyatçının digər hikmətlərini mənimsəyir. Elə həmin ildə çekisti NDU-nun xarici şöbəsinə köçürürlər və onu gizli olaraq Əfqanıstana ezam edirlər. Ağabəyov Əfqanıstanda faktiki olaraq yerli agenturaya rəhbərlik edir. İki ildən sonra Ağabəyov İranda kəşfiyyatın rezidentinə çevrilir. İranda casusluq fəaliyyəti ilə məşğul olduğu dövrdə Ağabəyov keçmiş Ağ ordunun generallarından birini ələ almağa, həmçinin bir neçə Britaniya və Fransa agentini ifşa etməyə müvəffəq olub.

1928-ci ildə kəşfiyyatçı Moskvaya qayıdır və 1929-cu ilin oktyabr ayına qədər orta və Yaxın Şərq üzrə OGPU sektorunu idarə edir.

Həmin dövrdə İstanbulda SSRI kəşfiyyatının ( OGPU) rezidenturasına rəhbərlik edən sovet kəşfiyyatçısı Yakov Blumkin 1929-cu ildə Moskvaya geri çağırılıb. Onu trotskistlərlə əməkdaşlıqda ittiham edərək həbs edib güllələdilər. Türkiyədə OGPU rəhbəri vəzifəsini isə Ağabəyovu təyin etdilər.

1929-cu ilin payızında kəşfiyyatçı Türkiyədə xalçalar dükanını açmaq istəyən fars taciri Nerses Ovsepyanın adı ilə İstanbula gəlib. İstanbulda olduğu bir neçə ay ərzində Ağabəyov türk tacirləri ilə münasibətlər yaratmış və Sovet konsulluğunda attaşe vəzifəsində çalışan yerli leqal rezident ilə əlaqə yaratmışdır.

Ağabəyov yeni vəzifədə işə başlayandan sonra qəzetə elan verərək Oksford aksenti ilə ingilis dili müəllimi axtardığını elan etdi. Üç gündən sonra Oksford kurslarının iyirmiillik məzunu İzabel Striterin öz xidmətlərini təklif etdiyi və “Sammer Palas”otelinin parkında görüş təyin etdiyi barədə məktub gəldi.

1930-cu ilin iyununda İstanbul agenti əlaqəyə girməyəndə NKVD qərara aldı ki, ona nə isə oldu. Daha sonra məlum oldu ki, kəşfiyyatçı vətənə xəyanət edib və Fransaya qaçıb. Bir versiyaya görə, Ağabəyovun belə bir çarəsiz addımına özündən əvvəlki rezident kəşfiyyatçı Blumkinin taleyi-çekistlər tərəfindən güllələnməsi olub. O, OGPU-da sələfi ilə qəddarcasına davranıldığını bilir və eyni aqibəti yaşamaqdan qorxurdu.

Sovet kəşfiyyatçısı və tarixçisi Pavel Sudoplov başqa bir versiyaya sadiq qaldı. Onun fikrincə, qaçışın günahı gənc ingilis dili müəllimi idi, onun xatirinə sovet agenti kəşfiyyatçı ilə vidalaşdı və vətən xaini oldu. Daha bir qeyri-populyar versiya isə gənc Isabel Striterin İstanbulda İngilis rezidentinin qızı olduğu və digər sovet kəşfiyyatçısı Ovsepyanın ələ keçirilməsi üzrə xüsusi əməliyyatda iştirak etdiyi bildirilir.

Georgi Ağabəyovun memuarlarından və FSS-nin materiallarından məlumdur ki, o, qaçmağa əvvəlcədən hazırlaşırdı. Bu məqsədlə GPU-nun sirlərini yazır və Britaniya kəşfiyyatına öz xidmətlərini təklif edirdi. Potensial işəgötürənlər ondan şübhələnir və təkliflərinə cavab verməyə tələsmirdilər. Satqın erməni nəhayət istəyinə nail oldu. May ayında Böyük Britaniya səfirliyinin əməkdaşı Ağabəyovla əlaqə saxlayaraq onun təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirdi. Eyni zamanda, “vəhşi Asiya”lı ilə əlaqəsinin əleyhinə olan İsabel Striterin valideynləri qızlarını Parisə sürgün etdilər. Ağabəyov SSRİ kəşfiyyatının sirlərini ingilislərə satandan sonra sevgilisinin ardınca Parisə yola düşür. OGPU sirləri ilə əlyazma satmaq və İzabel ilə rahat və azad həyat təmin etmək arzusunda, onun ardınca göndərilir.

“Rus gizli terroru”: Sovet kəşfiyyatının sirləri ilə alver

Fransada Georgi Ağabəyov sevgilisi ilə görüşüb. Ancaq bacısının və ərinin təzyiqi altında, İngilis Kral donanmasının leytenantı Isabel xəyanətkar Ağabəyovla görüşməyi dayandırmaq məcburiyyətində qaldı və yenidən İstanbula qayıdır. Bununla belə onlar 1930-cu ilin payızında yenidən Belçikada görüşdülər və evləndilər.

Fransa qəzetləri vasitəsilə QPU-nun keçmiş kəşfiyyatçısı bir daha SSRİ-yə qayıtmayacağını bəyan etdi. O buna görə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edəcəyinə onlardan pul ala biləcəyinə ümid edirdi. Lakin nə üçünsə xarici kəşfiyyat orqanları onunla ciddi şəkildə maraqlanmırdılar. Ola bilsin ki onun ikili casus ola biləcəyindən şübhələnirdilər. Amma vaxt keçdi, pul bitdi. Yoxsulluq və ümidsizlik Ağabəyovu Sovet casusluğunun sirləri ilə bağlı kitab yazmağa sövq etdi. “OQPU: Rus Gizli terroru” alı kitab Şərq ölkələrində Sovet agentliyinə ciddi zərbə vurdu və SSRİ ilə İran arasında münasibətləri pisləşdirdi.

Xəyanətin neytrallaşdırılması üzrə NKVD-nin xüsusi əməliyyatı

Baş verən hadisələrlə bağlı SSRİ kəşfiyyatının satqın erməni Ağabəyovu aradan qaldırmaqdan başqa çarəsi qalmadı.NKVD-də əvvəlcə problemi sülh yolu ilə həll etməyə çalışdılar və Fransa hökumətinə Ağabəyov-Arutyunovun verilməsi xahişi ilə müraciət etdilər. Fransızlar isə bundan imtina etdilər. Lakin 1931-ci ilin yayının sonunda fransızlar SSRİ ilə münasibətləri korlamamaq üçün ölkədən erməni satqını çıxardılar. Ağabəyov bu dəfə Belçikada məskunlaşdı və orada 7 ölkənin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq haqqında danışıqlar aparmağa başladı. Ancaq bu cəhdlər də iflasa uğradı, xarici kəşfiyyat orqanları Ağabəyova ehtiyatla yanaşırdılar, onu impulsiv və etibarsız sayırdılar.

NKVD-nin 1931 və 1934-cü illərdə erməni xaini məhv etmək cəhdləri uğurla nəticələnmədi. Təcrübəli kəşfiyyatçı keçmiş həmkarlarının istifadə etdiyi bütün alətləri mükəmməl bilirdi və ona görə özünəqarşı həyata keçiriləcək sui-qəsdlərdən məharətlə yayına bilirdi.

Yalnız 1937 ildə SSRİ kəşfiyyatı Ağabəyovu məhv edə bildi. O zaman Avropa xüsusi xidmət orqanları Ağabəyovdanxırda tapşırıqlarda istifadə edirdilərvə buna görə ona müəyyən qədər haqq ödəyirdilər. O da naəlaclıqdan bu tapşırıqları yerinə yetiridi və nəticədə sayıqlığı itirdi.

Xəyanətkar kəşfiyyatçının zərərsizləşdirilməsi P. Sudoplatovun “Xüsusi əməliyyat” (Lubyanka və Kreml 1930-1950-ci illər) kitabında ətraflı təsvir edilmişdir. Aleksandr Korotkovun rəhbərliyi altında NKVD əməkdaşları Ağabəyovun aradan qaldırılması üçün geniş miqyaslı plan hazırladılar.Ağabəyova varlı bir erməni ailəsinə məxsus zinət əşyalarının daşınması təklif edildi və bu məsələni müzakirə etmək üçün onu xüsusi yerə dəvət etdilər. Həmin yerdə isə Ağabəyovu iki SRRİ kəşfiyyatı əməkdaşı, Moskvaya işləyən türk casus və sovet kəşfiyyatının agenti gözləyirdi. Görüşə gələn Ağabəyovu dərhal zərərsizləşdirdilər. Türk casus Ağabəyovu bıçaqlayaraq qətlə yetirdi, sonra meyiti çamadana qoyaraq çaya atdılar. Beləliklə əli yüzlərlə türk qanına batan ermənmi cəllad Georgi Ağabəyov qətlə yetirdiyi insanlar kimi, Allahın ilahi ədaləti və özü də türk əli o dünyaya göndərildi və layiqli cəzasını aldı…

Əziz Mustafa

Arazinfo.com