SSRİ dövrünün ən qalmaqallı terror hadisəsi: Cinayətkar öz tələbinin icrası üçün 5 dəqiqə vaxt veribmiş

0
664

Bəzən bir çox insanlarda belə təəssürat yaranır ki, SSRİ dövründə ölkə tam sülh, əmin-amanlıq, ictimai-siyasi sabitlik, kriminalsız həyat, terrorsuz, cinayətsiz bir cəmiyyət şəraitində olub. Əsla, bu, heç də belə deyil. Sadəcə həmin dövrdə müvafiq dövlət qurumları baş verən hadisələri böyük peşəkarlıqla gizlətməyi, “məxfi” qrifli qovluqlara yerləşdirməyi bacarıblar. Uzun illər gizlədilən hadisələrdən biri də Leninqradda baş verib…

23 aprel 1973-cü il, saat 14.25… Leninqrad şəhəri, Pulkovo hava limanı…

Leninqraddan Moskvaya uçan Tu-104B təyyarəsi 51 sərnişin və 6 nəfər ekipaj üzvü ilə növbəti reysini həyata keçirir. Uçuşun 9-cu dəqiqəsində 13 nömrəli oturacaqda əyləşən sərnişin stüardessanı çağıraraq özünü pis hiss etdiyini söyləyir və xahiş edir ki, onun yerini tamailə boş olan birinci salona dəyişsinlər. Sərnişinin arzusu həyata keçirilir.

Üstündən heç 2 dəqiqə keçməmiş sərnişin İvan Bidyuk stüardessanı yenidən çağırır, ancaq bu dəfə xahiş yox, cibindən çıxardığı zərfi ekipajın komandirinə çatdırmağı əmr edir. Zərfin üstünə “oxumaq və icra etmək üşün 5 dəqiqə vaxtınız var” yazılmış olur.

3.jpg (73 KB)

Ekipaj komandiri yazılanları tələsik, amma diqqətlə oxuyur: “Hörmətli təyyarəçilər, sizdən xahiş olunur ki, təyyarənin istiqamətini İsveçə doğru yönəldəsiniz. Mənim xahişimi yerinə yetirməklə siz öz həyatınızı xilas etmiş olacaqsınız. Stokholm aeroportuna uğurlu enişdən sonra ola bilər ki, mən yenidən sizinlə birgə vətənə dönüm. Amma bu, yalnız SSRİ-nin birinci şəxsləri ilə şəxsi söhbətlərimdən sonra ola bilər. İndi isə əlimdə olan “əşya” haqqında sizə məlumat vermək istəyirəm. Bu şaxtalarda istifadə olunan partlayıcı maddədir, çəkisi 2.1 kiloqramdır. Onun necə partlayış törədəcəyini siz məndən də yaxşı bilirsiniz. Buna görə də başqa fikrə düşməməyinizi sizə tövsiyə edirəm. Partlayıcı elə tənzimlənib ki, kiçik bir ehtiyatsız hərəkət partlayışa səbəb ola bilər. Odur ki, özünüzün və sərnişinlərin taleyini nəzərə alın. Mənim üçün ölüm o qədər də kədərli deyil, mən uzun illərdir ki, oğru və tamahkar vəhşi rəhbərlərin qanlı əllərini öz bədənimdə hiss edirəm. Bunu da nəzərə almağınız tövsiyə olunur…”

Ekipaj komandiri dərhal Leninqrad aeroportu ilə əlaqə yaradıb və məsələni agah edib. Bundan sonra 3 dəqiqə ərzində Leninqrad vilayət dövlət təhlükəsizliyi orqanlarının rəhbərliyi SSRİ DTK-sının sədri Yuri Andropovla rabitə əlaqəsinə girib və hadisə haqqında məruzə ediblər. Telefonla bir neçə dəqiqəlik fikir mübadiləsindən sonra qərara gəlinib ki, təyyarə Leninqrad aeroportuna eniş etməlidir.

2.jpg (89 KB)

Ekipajdan 13-cü oturacağın sərnişini İvan Bidyuka bildiriblər ki, onun arzusu həyata keçirilir.

Həmin dövrdə belə hadisələrlə bağlı heç bir konkret hüququ təlimat olmadığından, ekipaj yaranmış vəziyyətə uyğun hərəkət edib. Ekipajın komandiri Vyaçeslav Yançenko da mövcud vəziyyətdə təmkinini itirməyib. Yenidən Leninqrada istiqamət alan kapitan qərara gəlib ki, təyyarənin şassilərini qanuna uyğun olaraq aerodroma 25 kilometr qalmış yox, daha geç, 200-300 metr qalmış açsın. Çünki Tu-104B təyyarəsinin şassiləri açılanda salonda bunu hiss edirlər. Və təbii ki, İvan Bidyuk da bunu hiss edəcəkdi və təyyarənin heç də Stokholma düşmədiyini anlayacaqdı.

Amma bununla yanaşı, aydın günəşli havada Bidyuk təyyarə eniş edərkən Leninqrad üzərində olduğunu da biləcəkdi. Ekipajın komandiri bunu da nəzərə alıb. O, tabel silahını bort mühəndisi Vikenti Qryaznova verərək Bidyukla söhbət edərək, onun başını qatmağa göndərib.

4.jpg (296 KB)

Qryaznovla Bidyuk bir neçə dəqiqə danışıblar. Təyyarə artıq aeroportdan 300-400 metr yüksəklikdə olanda Bidyuk hər şeyi anlayıb. Enişə 100 metr qalmış o əlini partlayıcı qurğuya uzatmaq istəyəndə bort mexanik özünü onun üstünə atıb. Təyyarə tam eniş edəndə birinci salonda partlayış baş verib. Sərnişinləri xilas etmək mümkün olub. Bort mexanik öz bədəni ilə partlayışın ikinci salona keçərək yanğın törətməsinin qarşısını alıb…

61262040_1146055992263791_5828142914114420736_n.jpg (177 KB)

Hadisə zamanı iki nəfər həlak olub, 13-cü oturacağın sakini İvan Bidyuk və təyyarənin bort mexaniki Vikenti Qryaznov…

Hadisə ilə bağlı mətbuat geniş açıqlama verməyib.

Təyyarəni İsveçə uçurtmaq istəyən İvan Bidyuk həqiqətən də şaxtada işləyib. Məlum olub ki, həyat yoldaşını döyməyə görə bir neçə dəfə cinayət məsiliyyətinə cəlb olunaraq, məhbəs həyatı yaşayan Bidyukun SSRİ rəhbərliyinə narazılığını bildirmək üçün müxtəlif formalarda etirazları olub. Və o, bütün bunları yaşam səviyyəsinin aşağı olmasına görə edib.

1.jpg (157 KB)

Artıq hadisədən 3 saat sonra Kremldə baş katibin kabinetində Leonid İliç Brejnev və Yuri Andropov ekipaj üzvlərinin mükafatlandırılması ilə bağlı qərarlar qəbul ediblər.

Ekipajın komandiri Vyaçeslav Yançenko Sovet İttifaqı Qəhrəmanı, bort mexanik Vikenti Qryaznov (ölümündən sonra) Sovet İttifaqı Qəhrımanı, ikinci pilot Vladimir Krivulin və şturman Nikolay Şirokov “Qırmızı Bayraq” ordeni, stüardessalar Lidiya Yeremina və Marina Xoxreva isə “Qırmızı Ulduz” ordenləri ilə təltif olunublar. Musavat