Sosial rifah amili

0
1630

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın sosial dövlət quruculuğu modeli dünyanın bir çox siyasi institutlarında maraqla öyrənilməkdədir. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Sosial dövlətdə daxili siyasətin mərkəzində insan amili dayanır. İnsanın sağlam, xoşbəxt və sosial rifah halında həyat sürməsi dayanır. Uşaqlara qayğı, gəncliyə dəstək, Azərbaycanın rəqabətqabiliyyətli, müasir düşüncə, mədəniyyət və elm çağırışlarına layiqincə cavab verə biləcək kadr potensialının hazırlanması dövlətimizin sosialyönümlü siyasətinin mühüm tərkib hissəsidir. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu. Sosial infrastruktur layihələrinə önəm verilməsi. Azərbaycanın sosial dövlət quruculuğu strategiyasının ana xətti olaraq əhalinin sosial-mədəni ehtiyaclarının yüksək səviyyədə qarşılanması siyasəti nəzərdə tutulmuşdur. İndi ölkəmizin qarşısında mühüm vəzifələr durur. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Ümummilli lider Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni zəfərlər qazanacaq. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət Başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir və dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova