Son 10 gündə Bərdə doğum evində 4 körpə öldü – VİDEO

0
866

Son günlər Bərdə doğum evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Təkcə son on gündə 4 körpə ölüb. Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırlır.

Son 10 gündə Bərdə doğum evində 4 körpə ölüb.

Bərdə rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva deyib ki, xəstəxanaya yerləşdirilən zaman qadınlar ultrasəs müayinəsindən keçib və döldə uşaqların ölü olduğu müəyyən olunub. Qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

Baş həkimin sözlərinə görə, Bərdə rayon doğum evi ikinci dərəcəlidir. Bu səbəbdən regionun ağır xəstə olan hamilələri bu doğum evinə gətirilir. Həkim bildirib ki, vəziyyətləri ağır olan anaların bətnindən ölü döl xaric edilib.

Uşaqların tələf olması faktı ilə bağlı Səhiyyə Nazirliyindən də bildirilib ki, uşaqlar xəstəxanaya ana bətnində ölü daxil olublar. Bildirilib ki, hadisələrə dair məlumatlar Bərdə rayon Hüquq mühafizə orqanlarına verilib. Nazirliyin Doğuşayardım Komissiyası və Bərdə rayon hüquq mühafizə orqanları birgə araşdırma aparır. Bərdə rayon xəstəxanasıa valideynlərin heç birindən şikayət daxil olmadığı bildirilir.

© xezerxeber.az