Şok iddia: “İranda aranı o qarışdırıb”

0
731

“Vaşinqton İrandakı son iğtişaşlarda iştirak edib”.

Bunu amerikalı politoloq Daniel Makadams deyib.

O, İranda baş verənlərin məlum bir sxem və modelinin olduğunu söyləyib:

“Nədənsə, avtomobil yanacağının qiyməti artırılır və bunun əsasında bir neçə böyük şəhərdə etiraz və iğtişaşlar yaranır. Bənzər bir model Amerika siyasi administrasiyasına etiraz edən hökuməti aradan qaldırmaq üçün CIA tərəfindən dəfələrlə sınaqdan keçirilib”.

Ekspertin fikrincə, İranda baş verənlər Donald Tramp administrasiyasının əmri ilə həyata keçirilən CIA missiyasının nəticəsidir.

Makadams xatırladıb ki, CIA əməkdaşı Maykl d`Andrea“Ayətullah Mayk” kimi tanınır və o, Amerika kəşfiyyatının İran işlərindən məsuliyyət daşıyır.

2017-ci  ilin iyun ayında “The New York Times” qəzeti xəbər vermişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İrandakı əməliyyatları ilə Maykl d’Andrea məşğul olacaq. Bu şəxs daha çox “ayətullah Mayk” və “Qara şahzadə” ləqəbləri ilə məşhurdur. Məhz d’Andrea “Əl-Kaida”nın keçmiş lideri Üsamə ben Ladenin qətli üzrə əməliyyata nəzarəti həyata keçirirdi. “O, olduqca aqressiv proqramı həyata keçirə və bunu çox ağıllı şəkildə edə bilir”, – qəzetə verdiyi müsahibədə xüsusi xidmət orqanının keçmiş hüquqşünası Robert İtinger deyib. MKİ özü xəbəri, onun gizli olduğunu bəhanə gətirərək, şərh etməkdən imtina edib. d’Andrea barədə o məlumdur ki, 50-dən bir az artıq yaşı var və İslamı qəbul edib.

Ekspert həmin şəxsin dəfələrlə CIA-nın İranla bağlı planlarına cəlb olunub.