Şok: Erməni generalın evində dəhşət

0
596
Həbs edilən erməni general Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında aparılan axtarışın bəzi təfərrüatı məlum olub.
Axtarış zamanı generalın evindən bir sıra arxiv fotoları tapılıb.
Belə ki, fotoların vaxtilə Qriqoryana haqq vermədiyi üçün cəzalandırılaraq onun evinin zirzəmisində qul kimi saxlanılan erməni iş adamlarına aid olduğu üzə çıxıb.
Bundan başqa, general Manvel Qriqoryanın evindən 1994-cü ildə Ağdərədə ona tabe olmayan erməni döyüşçüsünü asaraq öldürdüyünü əks etdirən video və fotoşəkil də aşkarlanıb.
Qeyd edək ki, bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın evində axtarış aparıb. Axtarış zamanı generalın iqamətgahından üzərində “Əsgər payı” yazısı olan çoxlu sayda ət konservi və satışı qadağan edilən məhsullar, siqaret, əsgər paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr tapılıb.
Qriqoryan Füzuli və Cəbrayıl rayonları istiqamətində aparılan döyüşlər zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirənlərdən biri olub. O, həmçinin Aprel müharibəsində də Bakıya qarşı sərt çıxışlar edib.(Axar.az)

BIR CAVAB BURAXIN