SOCAR-da işləyən əlillərin sayı açıqlandı

0
1054

SOCAR-da çalışan əlillərin sayı açıqlanıb. Arazinfo.com-un bildirdiyinə görə, SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda SOCAR-ın müxtəlif strukturlarında 779 nəfər əlil çalışır, onlardan 153-ü Qarabağ müharibəsi qaziləridir.

 

“Əlilliyi olan insanların cəmiyyətdən təcrid olunmaması, onların bilik və bacarıqlarının işdə tətbiq edilməsi üçün SOCAR əlillərin şirkətimizdə çalışa bilməsi üçün imkan yaradıb”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 1992-ci ildən etibarən BMT-nin qərarı ilə dekabrın 3-ü “Beynəlxalq əlillər günü” kimi qeyd olunur.

BIR CAVAB BURAXIN