SOCAR “Azəriqaz” İB-nin şöbə rəisi: “Yaxın günlərdə yerli istehsal olan sayğacların sınaq qurğularında yoxlanışı həyata keçiriləcək”

0
1310

“2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işləri cari ilin may ayında başlayıb, oktyabr ayında isə yekunlaşıb. Burada kilometrlərlə qaz xətlərinin yenilənməsi, o cümlədən təbii qaz istehlakçılarının dayanıqlı, fasiləsiz təbii qazdan istifadə olunması məqsədi ilə zəruri tədbirlər görülüb ki, qış mövsümündə havalar daha da şaxtalı qarlı keçdiyi bir dönəmdə təbii qaz təzhizatında hər hansı bir problemimiz yaranmasın.”

Qanunla.Az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib. Şöbə rəisi həmçinin bildirib ki, SOCAR “Azəriqaz” İB tərəfindən qaz təchizatının verilməsi mövsümi xarakter daşımır: “İlin bütün fəsillərində tələbata uyğun təbii qaz istehlakçıları qazla təmin olunur. Artıq bu aydan, yəni noyabr ayından etibarən sifarişçi tərəfindən qazanxanalara təbii qazın açılması üçün müraciətlər daxil olur ki, biz də həmin qazanxanalara təbii qazın verilişini istilik mövsümi ilə əlaqədar təmin edirik və buna da tam hazırıq”.
Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov isə növbəti ildən smart-kart tipli qaz sayğaclarının alışının nəzərdə tutulmadığını bildirib. Qurum rəsmisi qeyd edib ki, artıq ağıllı sayğacların quraşdırılması nəzərdə tutulub və bu sayğac da digər sayğaclardan daha üstündür. Şöbə rəisi həmçinin ötən ilin noyabrın 4-də SOCAR “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında məişət tipli qaz sayğaclarının gələcəkdə istehsalı ilə bağlı yoxlanışın aparılması, əməkdaşlığın qurulması ilə bağlı imzalanan memoranduma əsasən iki min ədəd qaz sayğacının artıq hazır olduğunu qeyd edib. “Yaxın günlərdə hazırlanan sayğaclar təhvil götürüləcək və Birliyin Metrologiya Departamentində sınaq qurğularında yoxlanışı həyata keçiriləcək. Yoxlanışın nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”, – deyə, qurum rəsmisi qeyd edib.

image-img-20221104-wa0103 image-img-20221104-wa0106 image-img-20221104-wa0105 image-img-20221104-wa0104