SOCAR “Azəriqaz” İB-nin ekologiyanın qorunmasına dair gördüyü işlər müzakirə olunub-FOTO

0
1519

2010-cu ildən etibarən 12 il ərzində SOCAR “Azəriqaz” İB qaz təchizatındakı itkilərin həcminin 6 dəfəyə qədər azalmasına nail olub.

Qanunla.Az xəbər verir ki,bu haqda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin rəhbər şəxsləri arasında keçirilən görüşdə məlumat verilib. Son 12 il ərzində atmosferə atılan metan emissiyalarının azaldılması istiqamətində SOCAR “Azəriqaz” İB-nin atdığı addımlar və həyata keçirdiyi layihələrdən danışan qurumun baş direktoru Ruslan Əliyev qarşıda duran vəzifə və planlar haqqında ətraflı məlumat verərək bir sıra təkliflər də edib. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə görülən işlər və gələcək planlarla tanış olduqdan sonra əldə olunan müsbət göstəriciləri yüksək qiymətləndirib, həmçinin edilən təkliflərin qısa zamanda rəhbərlik qarşısında qaldırılacağını qeyd edib. Sonda səslənən fikirlər barədə vitse-prezident Rəfiqə Hüseynzadə tabeliyində olan məsul şəxslərə öz tapşırıqlarını verib.

image-310939019_877736623211418_8176355987758893179_nimage-311426642_1273763816796498_1558866183052835186_nimage-310862137_1098342674402504_8534874845808474651_nimage-310755566_774362093668608_5610880734067527356_n