Sizə də belə mesajlar gəlir? VİDEO

0
748

 

Son vaxtlar mobil telefon dələduzlarının sayı artıb. Söhbət vətəndaşları aldadaraq guya onların balansına vəsait yükləndiyini deyib və vəsaiti geri yükləməyi xahiş edənlərdən gedir.

Əvvəl tanımadığınz bir nömrədən sizin balansınıza hər hansı bir məbləğin yüklənməsi ilə bağlı mesaj gəlir. Sonra isə bir nəfər zəng edərək səhvən sizin balansınıza pul yüklədiyini deyib pulu qaytarmağı xahiş edir. Əslində isə heç bir pul filan yüklənmir. Son vaxtlar bu cür dələduzluq hallarının sayı artıb.

Bunun fırıldaq olduğu üzə çıxandan sonra isə nömrənin sahibi telefonu söndürüb və zənglərə cavab verməyib. Burada əsas diqqət yetirilməli məqam odur ki, əgər balansınıza məbləğ yüklənirsə, gələn mesaj hansısa bir şəxsdən yox, mobil operatorlardan gəlməlidir. Digər tərəfdən, dərhal balansınızı yoxlayaraq bunun fırıldaq olub-olmadığını da müəyyənləşdirə bilərsiz.

Dələduzluğun qurbanı olan şəxslər isə öz hüquqlarını bərpa edə bilər. Çünki həmin əməli törətmiş şəxslər barəsində qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

Əgər dəymiş zərər 100 manatdan artıq olarsa, bu zaman bunu törədən şəxsi 100 manatdan 700 manatdək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

“Xezerxeber.az”ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxundu: 103

BIR CAVAB BURAXIN