“Siyah beyaz aşk” serialındakı Gülsüm obrazı ilə məşhurlaşan Sinem Ünsan “Hürriyet” qəzetinə müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, gənc aktrisa qəzetə danışarkən əslən azərbaycanlı olduğunu bildirib:
“1993-cü ildə doğulmuşam. Əslən azərbaycanlı olan bir atanın, çərkəz olan bir ananın övladıyam. Uşaqlığım İzmirdə keçib. Daha sonra universitet üçün Əskişəhərə getdim və indi İstanbulda yaşayıram”.
Sinem aktrisa olma səbəbini də açıqlayıb:
“Uşaqlıqdan bəri ağlımda aktrisa olmaq istəyim var idi. Hətta universitet vaxtı və sonrasında müxtəlif sektorlarda işlədim. Amma o vaxtlar da özümü aktrisa olaraq görmək istəyirdim. İndi peşəmdə yeni addımlayıram. Hər gün yeni bir şey öyrənirəm və istəklərim artır. Əsas planım odur ki, gördüyüm işin haqqını verim”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi