Rıversin taleyindən bu günə kımı xəbər yoxdur. Halbuki o əlinin içi kimi yaxşı tanıdığı bir ərazidə aza və ya yoxa çıxa bilməzdi. Yenə də belə güman edilir ki, Rivers belə demək mümkünsə hansısa səbəbdən “paralel dünya”ya düşüb və ya kosmosdan gələnlər tərəfindən oğurlanıb. Bütün hallarda polis Riversin ovçu dostları tərəfindən öldürülməsi ehtimallarını belə nəzərdən keçirməli oldu. Riversin dostları dəfələrlə sorğu-suala tutuldular, onlar hətta yalanı üzə çıxaran dedektordan belə keçirildilər. Bir neçə il ərzində polis Riversə yaxın olan bütün adamları diqqətlə izlədi, ancaq şübhəli hər hansı bir fakt tapa bilmədilər. Beləliklə Riversin müəmmalı şəkildə yoxa çıxması açılmayan sirrlərdən biri olaraq qalmaqda davam etməkdədir.
Ceyms Tetford və Marta və Cekson Raytlarla bağlı nə baş verdi?
Benninqtonda digər müəmmalı yoxaçıxma hadisəsi 1949-cu ildə qeydə alındı. 1949-cu il dekabr ayının 1-də ABŞ ordusunun əsgəri Ceyms Tetford Olbanidə avtobusa oturaraq təyinat yerinə, daha dəqiq desək Benninqtona yola düşdü.Tetford yorğun idi və avtobusdakı oturacaqlardan birində əyləşən kimi onu yuxu basdı. Yolda avtobus heç yerdə dayanmadı. Amma Benninqtona çatanda Tetford əyləşdiyi yerindən yoxa çıxmışdı. Onun əyləşdiyi oturacaqda qəzet parçası və yol çantası qalmışdı. Lakin əsgər sanki haraya isə buxarlanmışdı. Dərhal bütün polis ayağa qaldırıldı, əsgəri hər yerdə axtardılar, lakin onun izinə düşə bilmədilər. Avtobusdakı sərnişinlər dəfələrlə prokurorluğa çağırılaraq müstəntiq tərəfindən dindirildilər. Lakin heç kim Tetfordun necə yoxa çıxdığını bilmirdi. Tetfordla yanaşı əyləşən cavan qadın onu dindirən müstənqtiqə: “Yanımda əyləşən əsgər çox şirin və gözəl bir oğlan idi. Sözün əsl mənasında ona vurulmuşdum. Tez-tez ona baxırdım. O isə yerinə əyləşən kimi mürgüləməyə başlamışdı. Arabir ona qəsdnən toxunurdum ki, gözlərini açıb arada mənə də baxsın. Elə onunla tanış olmaq istəyiridm ki… Hər halda yaraşıqlı oğlan olmasına söz ola bilməzdi. Dəfələrlə ona toxunsam, itələsəm də, o reaksiya verməyərək yatmaqda davam edirdi. Nəhayət onun yorğun olduğunu anlayaraq bir daha narahat etməmək qəraına gəldim. Sonra özüm də mürgüləməyə başladım. Avtobus Benninqtonda dayananda oyandım və dərhal əsgərə tərəf baxdım. O yerində yox idi. Əvəzində əyləşdiyi yerdə qəzet parçası və dizinin üstündə bərk-bərk saxladığı çantası vardı. Onun çantasını unudaraq yolda düşdüyünü fikrləşdim. Lakin yolda avtobus dayanmamışdı. Əvvəl elə zənn elədim ki, yerini dəyişib. Lakin o başqa yerlərdə də yox idi. Bundan çox təssüfləndim. Sözün düzü onun haraya yox olduğu mənə sirrdir. Mən həmin anda onun yanında olsam da, haraya yoxa çıxdığını anlaya bilmirəm”-demişdi.
Ceyms Tetfordun hansı şəraitdə və necə yoxa çıxması indinin özünə kimi sirr olaraq qalmaqda davam edir. Yenə də bu məsələyə diqqəti cəlb edən parapsixoloq və ufoloqlar, həmçinin müəmmalı hadisələri öyrənən Amerika Elmi Tədqiqatlar İnstitutu əsgərin həmin an kosmosdan gələnlər tərəfindən oğurlanması və ya onun hansısa bir məqamda paralel dünyaya açılan pəncərədən oraya düşdüyünü ehtimal edirlər.
Bu hadisədən illər sonra 1975-ci ildə oxşar hadisə yenidən təkrar olundu. Bu dəfə Cekson Rayt öz maşınında həyat yoldaşı Marta ilə birlikdə Nyu-Cersidən Nyu-Yorkun mərkəzinə Manhettenə gedirdi. Həmin vaxt güclü qar yağmaqda idi. Ər-arvad Ceksonlar qarlı havada bir az nəfəs almaq və maşının üzərini örtən qarı təmizləmək məqsədi ilə Linkoln tunelində dayanmaq qərarına gəldilər. Marta maşının arxa pənəcərəsinin, Cekson isə qabaq şüşəsini təmizləməyə başladılar. Cekson işini qurtarandan sonra maşının arxasına baxdı, ancaq Marta orada yox idi. Dərhal o polisə müraciət etdi. Hadisə yerinə gələn polislər diqqətlə hər yeri aradılar, həmin vaxt oradan keçən maşınların sürücüləri tapılaraq onları dindirdilər. Lakin onların cavabı eyni idi: “Biz oradan ötərkən qadın və kişi, (Marta və Çekson) maşının qarını təmizləyirdilər, başqa heç nə görmədik”.
Hadisə yerinə ABŞ-ın ən məşhur krıminalıstləri cəlb edildilər, ancaq onlar da bu müəmmalı yoxaçıxmanın sirrini aça bilmədilər. Yenə də Martanın müəmmalı şəkildə yoxa çıxması ilə bağlı bizə paralel dünyaya açılan pəncərə tərəfindən “udulması”, orada yox olması və ya onun kosmosdan gələnlər tərəfindən oğurlana bilməsi ehtimalı gündəmə gətirildi. Əsgər Ceyms Tetfordla baş verən hadisə necə deyərlər burada da eyni şəkildə təkararlandı və Marta da müəmmalı şəkildə yoxa çıxdı. Martanın da yoxa çıxması sirr olaraq qalmaqdadır.
Havada da oxşar hadisələr təkrar olunur
Lakin insanların müəmmalı şəkildə yoxa çıxması yalnız yerdə deyil, təyyarələrdə də baş verirdi. Belə hadisələrdən biri 1953-cü ildə baş verdi. 1953-cü ilin noyabr ayının adi günlərindən birində Amerika hərbi hava qüvvələrinin İzləmə mərkəzi Kanada ilə sərhəddə, Verxneye gölü üzərində hava sərhədinin pozulması məsələsini qeydə aldı. Dərhal da hərbi hava komandanlığının göstərişi ilə Miçiqandakı Kinros aviabazasından qırıcı-tutucu “F-89” təyyarəsi havaya qaldırıldı. Təyyarənin heyəti ekipaj komandiri leytenant Feliks Monkl və operator leytenant Robert Uilsondan ibarət idi. Monkl cəsarətlə təyyarəsini havadan dövlət sərhədini pozan və parlaq işıqsaçan obyektə yaxınlaşdırdı. Yerdəki komanda mərkəzindən bu qarşılaşmanın necə başa çatacağını həyəcan içində izləyirdilər. Toqquşma gözlənildiyi kimi baş verdi. İşıqsaçan naməlum obyekt sanki “F-89”-u uddu və onunla birlikdə özündən sonra parlaq bir iz buraxaraq yoxa çıxdı. Bu günə kimi “F-89” və onun ekipaj heyətindən, leytenantlar Feliks Monkl və Robert Uilsondan bir xəbər yoxdur. Belə ehtimal edilir ki, hər iki pilot naməlum uçan obyektin qurbanına çevriliblər. Ola bilsin ki, hələlik bizə məllum olmayan naməlum sivilizasiyaya məxsus obyekt “F-89”-u heyəti ilə birlikdə tutaraq aparıblar…
Digər analoji hadisə 1978-ci ildə Avstraliyada təkrar olundu. Avstarliyalı pilot Frederik Valentiç 1978-ci ilin oktyabr ayında birmotorlu “Cessna 182L” təyyarəsi ilə dəniz sahiliboyu məşq uçuşlarını həyata keçirirdi. Gözlənilmədən o havada özünə yaxınlaşan naməlum obyekt gördü. Frederik Valentiç dərhal bu barədə Melburndakı Hava məkanına nəzarət mərkəzinə xəbər verdi. Oradan isə pilota bildirdilər ki, onun olduğu ərazidə hər hansı bir təyyarə qeydə almayıblar və hazırda da oranı diqqətlə yoxlayırlar. Ancaq hər hansı bir obyekt aşkar edilməyib. Bununla belə Frederik Valentiç israrla özünə yaxınlaşmaqda olan naməlum obyekt barədə həyəcanlı məlumat verməkdə davam edirdi. Naəlac qalan dispetçer Valentiçdən naməlum obyektin necə nəzərə çarpadığını soruşdu. Pilot dərhal: “O təyyarəmin başı üzərində dayanıb və hər hərəkətimi diqqətlə yoxlayır. Amma bu heç də təyyarə deyil, işıqsaçan qəribə bir obyektdir. Mən onun nə etmək istədiyini anlaya bilmirəm”-dedi.
Onun bu sözlərindən 17 saniyə sonra Melburndakı hava məkanına nəzarət məntəqəsində cırıldayan metal səsləri eşidildi və bundan sonra “Cessna182 L” radarların gözündən itdi. Sonralar məlum oldu k, Frederik Valentiç yoxa çıxan vaxt Avstaraliyanın müxtəlif yerlərində on minlərlə insan səmada parlaq işıq saçan naməlum obyekt müşahidə ediblər. Bu günə kimi də Frederik Valentiçin taleyindən xəbər yoxdur. Yenə də belə ehtimal edilir ki, Valentiç kosmosdan gələnlər tərəfindən oğurlanıb…
Məsələyə münasibət bildirən Amerika Ufoloqlar Cəmiyyəti əməkdaşlarının fikrincə, bizə məlum olmayan naməlum planetdən gələnlər Yer kürəsini daim diqqət mərkəzində saxlayır və burada baş verən hər hansı hadisəyə dərhal reaksiya verirlər. Onlar nəinki yerdəki, həm də havada təyyarələrdə yoxa çıxan insanların məhz naməlum uçan obyektlər tərəfindən oğurlanmasını artıq sübut edilmiş fakt kimi dəyərləndirirlər.