Şırdançı Eşo

0
719

Bu günkü müsahibimiz Türkiyədə məşhur Şırdançı kimi tanınan Şırdançı Eşodur.
Son illərdə Türkiyədə gündən-günə məşhurlaşan və ən ləziz yeməklərdən biri hesab edilən şırdan, Eşo Şırdançı sayəsində insanlara daha fərqli şəkildə təqdim edilir. Belə ki, şırdan quzunun qursaq və qarın arasında olan hissəsi kəsilməklə xüsusi təmizləndikdən sonra Eşo abimizin özəl resepti əsasında hazırlanır. Şırdanın içərisinə düyü və digər təbii qatqılar əlavə etməklə xüsusi qaydada bişirilir, zövqə uyğun olaraq limon və digər tərəvəzlərlə süfrəyə verilir.
Şırdançı Eşo ləqəbi ilə tanınan “Şırdan” restoranlar şəbəkəsinin sahibi əslində Eşref Yıldızdır. Eşref bəyin dediyinə görə 20 ildən çoxdur bu işlə məşğul olsa da 11 ildir ki, Şırdan restoranlar şəbəkəsini qurmuşdur. İlk olaraq bu işə necə başlamasını soruşanda o bizə bildirdi ki, pulsuz qaldığım vaxtlarda bu işi qurmuşam. Hal-hazırda işimi çox sevirəm, hər gün müştərilərimin sayının artdığını hiss edirəm. Ata-babalarımızdan üzü bəri Türk mətbəxində xüsusi yeri olan şırdanı özüməməxsus fərqli şəkildə bu gün müştərilərimə təqdim etməklə qürur duyuram. Hələ də şırdan dadmayan insanlara son olaraq bildirmək istəyirəm ki, bir dəfə bu yeməkdən dadsınlar, sonra özləri bu resept haqqında rəy bildirsinlər. Əminəm ki, bu yeməyi dadan hər kəs yüksək rəy verəcək. Bir daha hər kəsi bu məşhur yeməkdən dadmağa dəvət edirəm. Müsahibəmizin sonunda Eşref bəy onu da bildirdi ki, Allah qismət edərsə, gələcəkdə “Şırdan” restoranını Azərbaycanda da qurmaq istəyirəm. Əminəm ki, biz bir millət olduğumuz üçün ağız dadımız da birdir.

Murad Şahməmmədov

Arazınfo.com