Bu gün Şimali Makedoniya NATO-ya üzv qəbul ediləcək.
Arazinfo.com-un russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu gün Belçika vaxtı ilə saat 10-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Makedoniyanın NATO-ya üzv qəbul edilməsi ilə bağlı mərasim keçiriləcək. Mərasimdə NATO-ya üzv 29 ölkənin yüksək səviyyəli rəsmiləri, o cümlədən Şimali Makedoniyanın dövlət başçısı Nikola Dmitrov iştirak edəcək. Mərasimdə Şimali Makedoniyanın NATO-ya üvlüyü ilə bağlı protokol imzalanacaq. Bununla da Şimali Makedoniya NATO-nun 30-cu üzvü olacaq. Şimali Makedoniya NATO tədbirilərində rəsmi şəkildə yalnız sənədin quruma üzv ölkələrin hamısı tərəfindən ratifikasiya edilməsindən sonra iştirak edə biləcək.