Şimal qonşumuzda rekord şaxtalar qeydə alındı

0
548

Rusiyanın Xabarovsk əyalətinin Verxnebureinsk rayonunda bu gecə 50 dərəcə şaxta qeydə alınıb, Komsomolsk-Amurda isə temperatur mənfi 43 dərəcəyə enib.

Axar.az xəbər verir ki, bu barədə Xabarovsk hidrometeoroloji bürosundan məlumat yayılıb. Məlumatda qeyd olunub ki, havanın temperaturu iqlim normasından 10 dərəcəyə qədər aşağıdır. Bildirilir ki, 50 dərəcə şaxta ölkənin şimal və mərkəzi əyalətlərində təsadüf edilsə də, Xabarovsk üçün xarakterik deyil və ən yaxşı halda 10 ildə bir dəfə müşahidə edilə bilər.

Bürodan şiddətli soyuqların 8 fevrala qədər davam edəcəyinin gözlənildiyi bildirilib.