Slovakiyanın “Jilina” klubu Ramil Şeydayev üçün “Trabzonspor”a ödəniş etməyib.
Axar.az xəbər verir ki, millimizin hücumçusunu “Jilina” birdəfəlik almaq istəyəcəyi təqdirdə “Trabzonspor”a 3 milyon avro ödəyəcək. İcarədə olduğu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi “Jilina”ya veriləcək.
R.Şeydayevə aylıq 10 min avro maaşı Türkiyə təmsilçisi ödəyəcək.