Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü

0
679

Xaçmazda sevgilisinin anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə  prosesi başlayıb.

 

 

Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik edir.

 

 

Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Samir Hacıəliyev özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs  hadisə günün qətlə yetirilən Gülnaz Sultanovanın onun anasına zəng etdiyini deyib: “Anamla danışmağa qoymadım. Dəstəyi özüm götürdüm. Pis söyüşlərlə söydü. Mobil telefonumu niyə söndürdüyümü dedi . Dedim ki yatmışam, ona görə də telefonu söndürmüşəm. Sonra evdən çıxıb kənd içinə getdim. Gülnazla rastlaşdım. Məni yenə də söydü, onu balta ilə vurdum”.

 

Samir Hacıəliyev qətlə yetirdiyi Gülnaz Sultanovanın qızı ilə münasibətlərinin olduğunu deyib: “Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevib. Dəfələrlə ona dedim ki, məndən əl çək, qızını sevirəm. Gülnaz əl çəkmirdi, maşın tutaraq dalımca gəlirdi.  Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm. Onu birtəhər yola verirdim. Evinə dəvət etmişdi. Dedim gedib bu məsələyə son qoyum.  Gülnazla yeyib-içdik. Sonra ona məndən əl çəkməsini söylədim. Dedi  “ya mənim olmalısan, ya da səni vuraraq öldürəcəm”. Onunla iki dəfə cinsi münasibətdə olmuşam”.

 

 

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.

 

Prosesdə hüquqi varis qismində qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O bildirib ki, Samir ona zəng edib: “Tanış olmaq istədiyini dedi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama dedim. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Səhər anam gəldi və mənim evə qayıtmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Samirlə münasibətlərim pisləşdi. Sərxoşluq edirdi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi və evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmayacağını söylədim. Sonradan bildim ki, məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur”.

 

Məhkəmə avqustun 29-da davam edəcək.

 

Qeyd edək ki,, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

Məlum olub ki, Samir Hacıəliyev Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb.

Bu müddətdə onun Gülnaz Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Hacıəliyev həbs edilib. Lent.az

BIR CAVAB BURAXIN