Şevçenkodan Paşinyana: 7 rayon şərtsiz qaytarılmalıdır – Video

0
592

Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır.

Bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko öz Yutub səhifəsində paylaşıb.

“Aleksandr Duqin bir müddət əvvəl məni Azərbaycana və Fizuli rayonuna getməyə dəvət etdi. Erməni oxucular məni qınıyaraq deyirlər ki, guya mən satılmışam, Abşeron manqurtuyam, Bakıdan pul almışam. Sizi əmin edirəm ki, heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, o zaman heç vaxt oraya getməzdim. Əlbəttə, azərbaycanlılar mənim üçün kifayət qədər komfortlu səfər təşkil etdilər.

Təsəvvür edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir. Axı Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl və Qubadlı rayonları da mövcuddur. Bu ərazilər Azərbaycana məxsusdur və erməni hərbi birləşmələri tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 90-cı illərdə işğal edilib. Ermənilərdən kimsə deyə bilərmi ki, bu belə deyil? Onlardan kimsə bunun Ermənistan ərazisi olduğunu deyə bilər?” – deyə o bildirib.

Onun sözlərinə görə, erməni qoşunları bu ərazilərdən çıxarılmalı və təcili olaraq milyonlarla azərbaycanlı qaçqın geri qaytarılmalıdır:

“Mənim mövqeyim hər zaman dəyişməz qalıb. Hesab edirəm ki, ermənilər gərək yüz illərdir yaşadıqları Azərbaycana geri dönsünlər. Mən həmçinin hesab edirəm ki, Ermənistandan qovulmuş 400 min azərbaycanlı öz evlərinə qayıtmalıdırlar. Bu bütün insanlar üçün faciə olub. Ona görə də mən oraya getdim ki, müharibənin azərbaycanlılarla ermənilərin problemlərinin həlli üçün pis həll variantı olduğunu deyim. Məncə, bu rayonlar heç bir şərt irəli sürülmədən azad edilməlidir. Serj Sərkisyan pis və ya yaxşı olmasından asılı olmayaraq, 5 rayonun azad edilməsiylə bağlı İlham Əliyevlə razılaşmışdı. Bu, situasiyanı müəyyən qədər normallaşdıracaqdı. Lakin Sərkisyanı devirdilər, yerinə Paşinyan gəldi və yenidən eskalasiya başladı. Mən Paşinyanın siyasətinə qarşıyam və hesab edirəm ki, işğal edilmiş ərazilərin azad edilməsi siyasəti davam etdirilməlidir. Əminəm ki, ağıllı ermənilər, Ermənistanın millətçilik mifinə yoluxmayan ağıllı vətəndaşları məni dəstəkləyəcəklər. Ona görə də mənim Füzuliyə səfərim simvolik idi. Mən iki qədim xalqı real dialoqa çağırıram”.

O, həmçinin, Azərbaycanda hər kəsin müharibəyə hazır olduğunu bildirib.

BIR CAVAB BURAXIN