Serj Sarkisyan: “İlham Əliyevlə bizim Qarabağ probleminin həlli üçün variantımız yoxdur”

0
572

Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb.  Arazinfo Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib.

“Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan prezidenti ilə görüş başa çatıb: problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyıq”, – Ermənistan prezidenti deyib.

“Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”, – erməni lider qeyd edib.

BIR CAVAB BURAXIN