Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

0
1984

Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

Azərbaycan-Serbiya diplomatik əlaqələri 25 illik bir tarixə malik olması, ölkələrimiz arasında bir sıra strateji əməkdaşlıq sənədləri imzalanması, iki ölkə arasında münasibətlərin intensivləşməsi gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir. Prezident cənab İlham Əliyevin Serbiyaya səfərindən bir ay belə keçməmiş Serbiya Prezidentinin ölkəmizə səfəri, iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı memorandumun imzalanması iqtisadi münasibətlərin inkişafı üçün etibarlı siyasi zəmin formalaşdırır.

Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının qeyri-enerji, qeyri-neft sahəsinə dair də geniş imkanlar mövcuddur. Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan daim öz hərbi-iqtisadi gücünü artıran, sülhməramlı dünyəvi bir dövlətdir. Ona görə də ölkəmizdə müdafiə sənayesinin inkişafı, müasir avadanlıqların alınması baxımından da Serbiya-Azərbaycan münasibətləri cəlbedicidir. Serbiya ilə dostluq münasibətlərinin bu dövlətin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasına şərait yaradır.  Önəmli olan odur ki, Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri