Separatçı rejim azərbaycanlı oliqarxların bazasında Ticarət Evi açdı

0
633

Əslən Qubadan olan oliqarxlar Zarah İliyev və Qod Nisanovun sahibi olduqları “Food City”  topdan satış bazasında Abxaziya Ticarət Evi fəaliyyətə başlayıb. Arazinfo-nun Lent.az-a istinadən məlumatına görə, dünən separatçı rejimə aid olan Ticarət Evinin təntənəli açılışı da baş tutub.

Ticarət Evində Abxaziyanın kənd təsərrüfatı malları, habelə ərzaq məmulatları satılacaq.

Qubanın Qırmızı qəsəbəsindən olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyevin mülkiyyətində olan  bazanın sahəsi 800 min kvadratmetrə, yəni 80 hektara yaxındır. “Food City” Kalujsk şosesində, Moskva Dairəvi Yolunun 900 metrliyində yerləşir. Baza Nisanov və İliyevin “Kiyevskaya ploşad” Qapalı Səhmdar Cəmiyyətinə aiddir.  “Food City” anbar komplekslərindən və ofis-mehmanxana binalarından ibarətdir. Orada meyvə-tərəvəzin və ətin birbaşa yük maşınlarından topdansatışı həyata keçirilir.

BIR CAVAB BURAXIN