Gürcüstan-Rusiya sərhədi bağlanıb. Buna səbəb isə iyunun 24-ü axşam saatlarında intensiv yağaışlar nəticəsində yaranmış güclü sel olub. ANS PRESS-in məlumatına görə, sel nəticəsində Gürcüstün-Rusiya sərhədindəki Yuxarı Lars sərhəd keçid məntəqəsində uçqun baş verib.
Bu səbəbdən Gürcüstandan Rusiya istiqamətinə gedən yüngül minik avtomobilləri Azərbaycandan keçərək adıçəkilən ölkəyə getməyə məcbur olublar.
Həmin avtomobillər bu gün səhər saatlarından Azərbaycanın Qusar rayonu ərazisindəki Samur keçid məntəqəsi vasitəsilə qonşu ölkələrə keçməyə başlayıblar.
Samur sərhəd keçid məntəqəsindən həmin ölkələrdən gələn yüngül minik avtomobillərinin maneəsiz olaraq qonşu Rusiyaya yola salındığı bildirilib.