Seksin gətirdiyi ölüm – HƏZZ MƏNBƏYİNƏ ÇOX DA ALUDƏ OLMAYIN

0
836

Seksin insan sağlamlığı üçün faydaları çoxlarımıza məlumdur. Mütəxəssislərin də söylədiyi kimi normal intim həyat, cinsi fəallıq ömrü uzadacaq şərtlərdən biri olaraq sağlamlığın rəhnidir. Amma bəzən elə də olur ki, seçdiyimiz bu həzz mənbəyi, sevdiyimiz bu məşğuliyyət yerində, məqamında, qaydasında olmayanda hətta ölümlə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə hər il dünyada 50 min nəfər sekslə məşğul olan zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə, 75 faizi isə fahişə və məşuqələrlə cinsi əlaqə zamanı ömürlərinin son akkordlarını vururlar. Seks zamanı ölüm riski kişilərə nisbətən qadınlarda 12 dəfə azdır.

Bəs seks zamanı ölüm hansı səbəblərdən baş verir?

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Seks zamanın ölüm hallarının başlıca səbəbi orqanizmin ümumi vəziyyəti, xüsusilə də ürək-damar sistemindəki problemlərdir. Bu xəstəliklərdən əziyyət çəkənlərə hədsiz fiziki gərginlik əks göstərici olduğundan ölüm riski yüksəlir. Yüksək qan təzyiqi olanlarda da seks zamanı kifayət qədər ciddi problemlər yaranması ehtimalı böyükdür.

Digər səbəblərdən biri də seks zamanı, xüsusilə orqazm həddinə çatanda orqanizmdə yaranan emosiya və ehtiras “bolluğu”dur ki, bu da orqanizmi zəif olan insanların fərdi xüsusiyyətlərinə uyqun gəlməyərək ölüm riskini artırır.

Həmçinin artıq dərəcədə qida qəbulu və alkoqol da seks zamanı “sonuncu həzz”lə nəticələnə bilər.

Təbii ki, yuxarıdakıları nəzərə almaqla intim həyatın faciə ilə bitməsinin qarşısını almaq olar. Əks təqdirdə əcəlin kimliyindən asılı olmayaraq yataqda üçüncü partnyor qismində iştirakı labüd olacaq.

Seks zamanı ölüm halları məşhurların həyatından da yan keçməyib.

Məşhurların həyatında intim əlaqə zamanı daha çox səs-küyə səbəb olan ölüm halı 1899-cu ildə qeydə alınıb. Fransa prezidenti Feliks For işdən sonra tez-tez ziyarət etdiyi fahişəxanaya, məşuqəsi Marqerit Stenelin görüşünə gedib. İntim əlaqənin elə ilk dəqiqələrində Feliks For ölüb. Bu hadisəyə görə məşuqəni cəzalandırmasalar da, o müştərilərini birdəfəlik itirib.

Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Nelson Pokfeller 70 yaşında belə, ehtiraslarını cilovlaya bilməyib. Məhz ömrünün bu yaşında vitse-prezident öz məşuqəsi ilə cinsi əlaqədə olanda ehtiraslarının çılğınlığından ürəyi dayanıb və ömrünün son dəqiqələrini məşuqəsinin qoynunda keçirib. Nelson Rokfellerin ölüm haqqında şəhadətnaməsində də bu öz əksini tapıb.

Çilinin tanınmış siyasətçisi Raul Velosonun həyatı da yataqda sona çatıb. Siyasətçi sekslə məşğul olan zaman dünyasını dəyişib. Ancaq onun ölümü deputat seçkilərində qələbə qazanmağına mane olmayıb. Belə ki, Humanistlər Partiyasından parlament seçkilərinə namizədliyi irəli sürülən Raul Velosonun adı səhvən siyahıdan çıxarılmayıb. Seçki günü seks qurbanı olan siyasətçi səs çoxluğu ilə parlamentin “ölü deputatı” seçilib.

Dünyanın ən məşhur sərkərdələrindən sayılan “Avropanın imperatoru” titulunu qazanmış Hun İmperiyasının hökmdarı Atillanın həyatına da seks son qoyub. Arvadlarının sayının  yeddiyə çatmasına baxmayaraq Atilla İtaliya səfərindən sonra 12 yaşlı, hədsiz dərəcədə gözəl olan Hilda ilə ailə həyatı qurub. Elə nikah gecəsi intim əlaqə zamanı hökmdar burnundan və ağzından açılan qan nəticəsində vəfat edib.

Məşhur aktyor Devid Kerradayn 2009-cu ildə Banqkokda vəfat edib. Onun ölümünün səbəbi də ifrat dərəcədə seksə aludəçiliyi olub. Digərlərindən fərqli olaraq aktyor sekslə tək məşğul olmağa üstünlük verib. Orqanizmə hədsiz aludəçilik onun həyatına son qoyub.

1865-ci ilin oktyabrında cinsi əlaqə daha bir məşhur siyasətçinin həyatına son qoyub. İngiltərənin baş naziri Henri Palmerston xidmətçisi ilə bilyard masasının üstündə cinsi əlaqə zamanı vəfat edib.

Göründüyü kimi seks həzz mənbəyi olmaqla yanaşı bəzən ölümlə də nəticələnir  və sağlamlıq üçün vacib olduğu qədər həm də təhlükəlidir. Buna görə də intim yatağından qəbirstanlığa getməmək üçün seks haqqında heç olmasa ən adi bilgilərə malik olmaq lazımdır. İlham Cəmiloğlu,Modern.az

BIR CAVAB BURAXIN