Şaumyan Kəlküttəyə qaçmışdı, orda evi var

0
709

Çox təəssüf ki, “26-lar” adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələrin bəziləri Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdi.

Bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bəyan edib.

Y.Mahmudov sözügedən məsələ ilə bağlı konkret faktların olduğunu söyləyib:

“Həmin vaxt Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, Sahil bağındakı “26-lar” adlanan abidənin altında 26 cəsəd yoxdur. Azərbaycan prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə həmin ildə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq”.

Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı Komissarı güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb:

“Bu, faktdır. Biz jurnalist araşdırması nəticəsində Kəlküttədə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var”.

BIR CAVAB BURAXIN