Ermənistanda eks prezidentlər Serj Sarkisyan və Robert Köçaryanın cinayət məsuliyyətinə cəlb edilməsi ətrafında əsəb gərginliyi davam edir.
Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə, Koçaryan təkcə “Konqres” mehmanxanasının alış-satışından 6 milyon dollar gəlir əldə edib. Serj Sarkisyanın isə qardaşının təkcə bir bank hesabında 30 milyon dollar aşkar edilib. Bəzi məlumatlara görə, Sarkisyan və Koçaryan prezidentlikləri dövründə qeyri-qanuni yollarla 20-30 milyard dollar mənimsəyiblər.
Bundan əlavə Koçaryan dövlət çevrilişi cəhdində ittiham edilir və ona, həmçinin Sarkisyana qarşı 1 mart hadisələri ilə bağlı rəsmi şəkildə cinayət işi qaldırılacaq