Parisdə bir gün ərzində “Sarı jiletlilər” tərəfindən 200-maqazin, və restoran dağıdılıb.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Ticarət-sənaye palatasının yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, aksiya iştirakçıları tərəfindən124 ticarət obyekti tam və ya qismən dağıdılıb, vitrinlər sındırılıb, mallar talan edilib, binaların fasadlarına zərər vurulub. 95 butik və restoranın fasad hisisəsi və şüşələrinə zərbələr endirilib , onlar sındırılıb və ya üzərinə xoşagəlməz yazılar yazılıb. “Sarı jiletlilər” ən çox zərəri Parisin mərkəzi hissələrinə vurublar. Ümumiyyətlə “Sarı jiletlilər”in vurduğu zərər milyardlarla avro ilə ölçülür