Şamaxı rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 14 müraciət ünvanlanıb.
“Xahiş edirəm, həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsində mənə köməklik göstərəsiniz”.
Qanunla.Az xəbər verir ki, bu müraciətlə Şamaxı rayon sakini Orxan Eyvazov “Səyyar qəbul otağı”nda çıxış edib. Çarhan kənd sakini İlqar Cəfərov isə qapı keçidinin quraşdırılmasını istəyib. Şamaxı rayonunda baş tutan aksiyada ümumilikdə 14 müraciət ünvanlanıb. Görüşdə səsləndirilən hər bir müraciət Ağsu RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.