Şahmat Olimpiadası Azərbaycan komandalarının qələbələri ilə başladı

0
651

Bakıda başlamış Ümumdünya Şahmat Olimpiadasının ilk günündə Azərbaycanın altı yığma komandasının hamısı qələbə qazanıb.

Kişilərin yarışında birinci yığma komanda Zimbabveyə (4:0), ikinci komanda Mozambikə (3,5:0,5), üçüncü komanda isə Papua-Yeni Qvineyaya (4:0) qalib gəlib.

Qadınlardan ibarət əsas komandamız Nikaraqua komandasını udub – 4:0. İkinci komandamız Yaponiya yığmasına qalib gəlib – 4:0. Üçüncü komandamız Lesoto yığmasına mübarizəsiz qalib gəlib, belə ki, afrikalı qızlar paytaxtımıza ötən gecə gəlib çata biliblər.

Beləliklə, bu gün şahmaçılarımız keçirdikləri 24 görüşdən 23-də qalib gəliblər, 1 oyun isə heç-heçə başa çatıb.

Sabah 2-ci turun oyunları keçiriləcək. 11 turdan ibarət yarış sentyabrın 13-də yekunlaşacaq.

BIR CAVAB BURAXIN